main-post-cover

    Sony\'dən ağıllı telefon açıqlaması!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Keçən günlərdə Sony’nin sahib olduğu bazar payından məmnun olmaması səbəbindən ağıllı telefon bazarından çəkilmək istədiyi ilə bağlı bəzi iddialar ortaya atılmışdı. Sony dünən etdiyi bir açıqlama ilə bütün bunları yalanladı. Xperia seriyası ilə istifadəçilərə hər ölçüdə telefon seçimi təqdim etdiyini deyən Sony, xüsusilə Xperia Z5 ilə istifadəçilərə həm kiçik, həm də böyük ekranda güclü performans vəd edir.
     
     
    Sony Mobile CEO'su Hiroki Totoki'nin açıqlaması;
    "İstehsalı dayandıracağımız üzərinə çıxan iddiaların tam tərsi olaraq Sony istifadəçilərə daha yaxşı ekran və kamera təcrübəsinin yanında daha uzun ömürlü batareya üçün çalışmağa başlayıb. Gələn il istehsal edəcəyimiz telefonlar ilə mobil sektorda daha yaxşı finansal performans yaxalamağı düşünürük."
     

    Xperia Z5 seriyası nələr təqdim edir?

    Qualcomm’un Snapdragon 810 prosessorundan gücünü alan Xperia Z5 seriyasında qrafik prosessor olaraq Adreno 430 var. 5.2-inç displeyli ekrana sahib olan Xperia Z5 Full HD keyfiyyətə sahib, 5.5-inç displeyli ekrana sahib olan Z5 Premium isə 4K ekran keyfiyyətinə malikdir. Qeyd edək ki, bu dünyada yeganə telefondur ki, 4K ekranla təchiz olunub. Bu isə çox yüksək qrafik performans deməkdir.
    15-10/23/xperia-z5.jpg
     
    Z5 Compact modeli isə 4.6-inç ekranda HD kefiyyət təqdim edir. Xperia Z5 və Z5 Premium modelləri 3 GB RAM ilə, Xperia Z5 Compact isə 2 GB RAM ilə təchiz olunub. 23 Megapiksel ölçüsündə Exmor RS kameraya sahib olan Xperia seriyası sadəcə 0.03 saniyədə avtofokus edə bilir.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər