main-post-cover

    Sony Xperia XR smartfonunun ilk render fotoları sızdırılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Technote.az-ın "OnLeaks” mənbəsinə istinadən verdiyi xəbərə əsasən Sony şirkətinin Xperia XR adlı yeni flaqman smartfonunun ilk render fotoları internetə sızdırılıb.

    Çox güman ki, yeni cihaz bir ay sonra Berlində baş tutacaq IFA 2016 tədbirində təqdim olunacaq. Sızdırılmış fotolarda görmək olar ki, smartfonun yanmasönmə düyməsi barmaq izi skanına sahibdir. Bundan əlavə olaraq smartfonda foto çəkmək üçün əlavə düymə olacaq. Cihaz 23 MP-lik arxa və 14 MP-lik ön kameraya sahib olacaq. Məlumata əsasən hər iki kamera 4K keyfiyyətli video çəkməyə qadir olacaq. Bunlardan əlavə olaraq Xperia XR 5.1 inç Full HD ekran, Snapdragon 820 prosessoru, 3 GB RAM və USB Type-C girişi ilə təchiz olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər