main-post-cover

    Sony və Marvel Spider-Man obrazını canlandıracaq aktyoru təyin etdi.

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Sony Pictures studiyası Marvel şirkəti ilə birlikdə "The Amazing Spider-Man 3" filmində Spider-Man obrazını hansı aktyorun canlandıracağını qərarlaşdırıb. Həmin aktyor Tom Holland olcaq. Qeyd edək ki, Tom daha əvvəl "The Impossible" və "Locke" kimi filmlərdə yer alıb. "The Amazing Spider-Man 3" filminin rejissoru Jhon Watts olacaq. Bundan əlavə olaraq bu ilin avqust ayında John Wattsın yeni filmi "Cop Car" böyük ekranlara çıxacaq. 
    "Sonradan böyük şöhrət qazanmış bir çox rejissorlarla çalışmışam. Əminəm ki, Jhon belə bir uğuru qazanmaq üçün bütün xüsusiyyətlərə malikdir" - deyə Sony Pictures studiyasının baş direktoru Tom Rothman bildirib. Qeyd edək ki, Sony ilə Marvel arasında olan razılaşmaya əsasən Spider-Man personajı "Captain America: Civil War" filmində təqdim olunacaq. Daha sonra isə 2017-ci ildə "The Amazing Spider-Man 3" filminin premyerası baş tutacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər