main-post-cover

    Son illərin 10 inanılmaz texnologiyası

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bəzən bizə elə gəlirki insanlıq son onillik ərzində sadəcə olaraq yerində dayanıb və onlar yeni smartfonlardan başqa heçnə yarada bilmirlər. Təbii ki, bu belə deyil. Hətda mütəxəssisi belə təəccübləndirəcək real texnologiyalar mövcuddur. Həmin texnologiyalardan bəziləri müharibə üçün bəziləri isə sülh üçün nəzərdə tutulub. Hər-halda onlar insan sivilizasiyasının inkişafına səbəb olurlar.
     
    Bell Boeing V-22 Osprey. Bu konvertoplan həm təyyarə həmdə vertolyot funksiyasını özündə birləşdirir. İlk uçuşunu o hələ 1989-cu ildə etmişdi. Pərlərin hansı istiqamətdə hərəkət edlməsindən asılı olaraq o vertolyot kimi havaya qalxa və enə bilər. Uçuş zamanı isə o təyyarə rejiminə keçərək 565 km/saat sürətlə hərəkət edə bilər.
    Bionik protezlər süni bədən hissələri texnologiyasının təbii inkişafıdır. 21-ci əsrdə protezlər əsasən yüksək keyfiyyətli polimerdən və titan ərintisindən hazırlanır. Lakin son texnologiyaların köməyi ilə həmin protezləri beynin köməyi ilə idarə etmək mümkündür. Bu necə baş verir? Bionik protez əzələ toxumalarından yayılan siqnalları tutur və onlara reaksiya verir.
    Gözəgörünməz material. Dallas NanoTech şirkətindən olan bu material karbon tərkibli nanoborulardan ibarətdir. Beləliklə onlar materiala gözəgörünməz effekti verir. Material tez və çox qızdığından hələki bu texnologiya hərbi sahədə istifadə üçün yetərincə yenilənməyib. Lakin effektivliyinə görə o əvəzolunmazdır.
    Elektromaqnit relsotron. Bu texnologiya keçən ilin fevral ayında Science and Technology Expo sərgisində təqdim olunmuşdu. O səs sürətindən 7 dəfə çox sürətlə atəş açaraq 177 km uzaqlıqda yerləşən hədəfi məhv edə bilir. Təqdim olunmuş bu texnologiya hələki prototipdir. Lakin onun əsasında silahın hazırlanması 2028-ci il üçün nəzərdə tutulub.
    LaWS. Lazer silahı olan bu texnologiya vasitəsilə düşmənlərin görmə qabiliyyətlərini tamamilə məhv etməklə yanaşı həmdə qayıqları suyun dibinə göndərmək mümkündür. Bu silahın prototip versiyası 2014-cü ilin avqust ayında ABŞ-ın USS Ponce hərbi gəmisinə quraşdırılaraq ilk təcrübələrdən uğurla keçmişdir
    İon mühərriklər. Yeni hesab olunmasa belə bu texnologiya artıq reallığa çevrilən fantastik ixtiradır. İon mühərriklərin ilk işlək prototipləri hələ 1959-cu ildə NASA-nın Deep Space 1 və Dawn adlı kosmik aparatlarına quraşdırılmışdır. O vaxtdan bəri sözügedən texnologiya yenilənir.
    Bionik gözlər. Bu texnologiya bionik protez texnologiyası ilə eyni sırada dayanır. Keçən il Britaniyada görmə qabilyyətini itirmiş 80 yaşlı kişiyə dünyada ilk dəfə bionik tor qişası implantasiyası keçirilmişdir. Yeni tor qişası və xüsusi eynəklərin köməyi ilə o artıq insanların və əşyaların konturlarını görə bilir.
    Avtomatik özü yönləndirmə sistemli güllələr. Bu ixtira bir tərəfdən qorxunc səslənir. Bu cür texnologiyanı biz daha əvvəllər yalnız filmlərdə və komputer oyunlarında görmüşdük. Lakin bu artıq reallığa çevrilir. ABŞ şirkəti DARPA-ın istehsalı olan 50 kalibrli EXACTO adlı prototip güllə müasir yönləndirmə sisteminin köməyi ilə 2 km uzaqlıqdakı hədəfi məhv edə bilir.
    Süni orqanlar. Laboratoriya şəraitində yaradılmış orqanlar insanlar üçün uzun illər ərzində qeyri-mümkün arzu kimi görünürdü. Hal-hazırda isə alimlər sütun hüceyrələrin köməyi ilə süni insan orqanları yarada bilirlər. Təbii ki, bu texnologiya təcrübə mərhələsindədir və insanlar üçün hələki yaramır. Lakin bu işin üzərində inkişaf hiss olunur.
    BETR (Beynəlxalq Ekspermental Termonüvə Reaktoru). BETR üzərində işlər hələ 1988-ci ildən aparılır. Bu layihədə Avropa Birliyi ölkələri, Hindistan, Çin, Rusiya, ABŞ, Yaponiya, Koreya, Qazaxstan iştirak edirlər. İlk öncə işlərin artıq 2016-cı ildə bitəcəyi güman olunurdu. Lakin bu tarix 2025-ci ilə kimi uzadıldı. Hər-halda termonüvə enerjisinə görə bu qədər müddət gözləməyə dəyər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər