main-post-cover

    Snapdragon prosessorunu hack edənə 15.000$ mükafat

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Qualcomm", Snapdragon çipsetlərində boşluq tapanlara 15.000$ mükafat verəcəyini bildirib.

    Bir çoxlarımız elektron cihazların xüsusiyyətləri ilə tanış olarkən Snapdragon adlandırılan terminlə rastlaşırıq. Belə ki, mobil cihazlarda yer alan Snapdragon prosessordur və "Qualcomm" adlı şirkət tərəfindən istehsal olunur.
    Bir çox şirkətlər öz məhsullarını təqdim edərkən onu hack edən şəxsə yüksək məbləğdə mükafat vəd edir. Belə şirkətlər arasında xüsusilə dünya elektronika nəhəngləri xüsusi yer tutmaqdadır. "Qualcomm" şirkəti də bu ənənəni davam etdirənlərdəndir. Belə ki, indiyədək Snapdragon 810 modeli ilə bağlı problemlər yaşayan, lakin sonradan bunun öhdəsindən gələn "Qualcomm", yeni cipsetləri ilə problem yaşamaq istəmədiyi üçün developerlərdən kömək istəyir.
     
    Rəsmi şəkildə Bounty Proqramı elan edən şirkət, Snapdragon çipsetləri və modemlərində boşluq tapanlara 15.000$ mükafat verəcəyini bildirib. "Qualcomm" əsasən Snapdragon 400, Snapdragon 615, Snapdragon 801, Snapdragon 805, Snapdragon 808, Snapdragon 810, Snapdragon 820 Snapdragon 821 çipsetləri ilə Snapdragon X5, Snapdragon X7, Snapdragon X12 Snapdragon X16 modemlərinə xüsusi yer vermək niyyətindədir. Bunun üçün "Qualcomm" tapılan boşluqları nəzərə alaraq mükafat məbləği təyin edib. Mükafatlar haqda ətraflı məlumat almaq istəyənlər burdan öyrənə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər