main-post-cover

    İtirilmiş Əlaqə Şəxslərinin Geri Qaytarılması

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Yəqin ki, bir çoxunuz 1 dəfə də olsa, telefondakı əlaqə şəxslərinin itilməsi ilə qarşılaşmısınız. Bu çox pis hissdir, nəzərə alsaq ki, aralarında bizim üçün həyati önəmli nömrələr olur. Bu problemlə mən özüm də qarşılaşmışam. Amma biraz araşdırma ilə bu problemi həll etmişdim. Ona görə də qərara gəldim ki, bu məlumatları Technote izləyiciləri üçün də paylaşım. Kontakları geri qaytarmağın asan yolu var. Hətta belə demək düzgündürsə, bəlkə də onlar tamamilə silinmir...
     
    Əlaqə şəxsləri silindikdə panikaya qapılamayın. Sizə ilk məsləhətim, əvvəlcə cihaza diqqətli baxın. Bəlkə də, sadəcə gizlənir, silinmir. Bunun üçün ilk olaraq telefonda Contacts bölməsinə daxil olun, Contacts to display hissəsini seçin. Bu bölmədə isə All contacts yazısının aktiv olduğundan əmin olun.
     
    GMAİL İLƏ ƏLAQƏ ŞƏXSLƏRİNİN BƏRPASI
    Əgər sizin cihazınızda Google hesab aktivdirsə və gündəlik sinxronizasiya olunursa, bu halda silinmiş əlaqə şəxslərini qaytarmaq çox asan olur. Hətta 30 gün əvvəl sildiyiniz şəxsin əlaqə nömrəsini belə geri qaytara bilərsiniz. Aşağıdakı addımları bir-bir təkrarlayın:
    Addım 1.
    Cihazınızda qeydiyyatdan keçdiyiniz Google hesabına daxil olun.
    Addım 2.
    İndi sol küncə olan Gmail Drop-down menyusunu açın və Contacts bölməsini seçin.
     
    Addım 3.
    İndi isə More əmrini seçin və açılan menyudan Restore contacts əmrini seçin. Burada isə siz hansı müddətdən bəri qaytarmaq istədiyiniz əlaqə şəxslərini seçə bilərsiniz.
     
    Qeyd:
    1. Əgər siz bu yazdıqlarımızda çətinlik çəkirsinizsə, aşağıdakı linkdən istifadə edərək eyni şeyləri edə bilərsiniz:
    2. Bundan başqa recovery proqramlardan istifadə etməklə də əlaqə şəxslərini geri qaytara bilərsiniz. Onları cihazınıza yükləyin və proqramın xüsusiyyətlərindən faydalanın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər