main-post-cover

    Silikon Vadisinə təşkil olunacaq turda iştirak üçün qeydiyyat başladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Khazar Ventures tərəfindən Silikon Vadisinə növbəti tur təşkil olunur

    Tur 14 oktyabrdan 21 Oktyabradək olan zaman aralığını əhatə edir. Bundan əvvəl təşkil olunan səfərlər zamanı dünyanın texnologiya nəhəngləri ziyarət edilib, investor və Silikon Vadisinin bəzi aparıcı şirkətləri ilə görüş təşkil olunmuşdu. Ziyarət edilən şirkətlər arasında "Google", "Twitter", "500 Startups", "Paypal", "Stripe", "Palantir" kimi şirkətlər var.
     

    Səfər zamanı Pitch Johnson (VC industry-un qurucusu), Colin Behr (Vungle-də vitse prezident), Keith Teare (TechXrunch-ın kofounderi), Tim Draper, Marvin Liao (500 startups-ın ortağı) və s. insanlarla görüşlər təşkil olunub.

    Səfərin təşkilatçılarından olan Nail Vəliyev öz LinkedIn hesabında əlavə bir şəxs gətirən şəxsə 10% endirim olunacağını və ya nəğd geri ödəniş olunacağını, 2 və daha çox şəxs gətirən şəxsə isə gətirdiyi hər şəxs üçün 20% endirim olunacağı və ya nəğd ödəniş olunacağı haqda məlumat verib .
    Hər hansı sualınız varsa, nail@khazarventures.com vasitəsilə əlaqə saxlaya bilər və ya Skype-dan nail.valiyev vasitəsilə suallarınızı verə bilərsiniz.
    Həmçinin Mammad Karim ilə əlaqə saxlaya bilər və ya mammad@khazarventures.com adresinə öz suallarınızı verə bilərsiniz.
    Əvvəlki, görüşlər haqda məlumatı burdan ala bilərsiniz.
    Qeydiyyat üçün burdan müraciət edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər