Selena Gomez, Instagram-dan imtina etdi
Sosial Media
07.05.2017
Farid Pardashunas
Instagram-da ən çox izləyiciyə sahib istifadəçisi Selena Gomez Instagram-ı telefonundan sildi!
Məşhur
aktrisa, müğənni, prodüser və Instagram-da ən çox izləyicisinə sahib istifadəçisi
Selena Gomez, Instagram tətbiqini telefonundan sildiyini söylədi. Uşaqlığından
bəri həm mahnıları həm də aktyorluğu ilə bütün dünyanın yaxından tanıdığı məşhur
sənətçi Selena Gomez, ən çox Instagram istifadəçisinə sahib olmasıyla
"Instagram Kraliçası” ünvanını əlində saxlayır. Son günlərdə Netflix platformasına xüsusi olaraq çıxacaq və yalnız internetdə nəşr olunacaq "13
Reasons Why” filminin prodüsseri Selena Gomez, Vogue jurnalına verdiyi müsahibəsində
artıq Instagram istifadə etmədiyini söylədi. Instagram-ın, özünə xatırlamağı
istəmədiyi anları xatırlatdığını söyləyən
Gomez, platformanın dünya daxilində ən çox izləyicisinə sahip istifadəçisi
olmasına baxmayaraq artıq telefonunda Instagram tətbiqinə yer vermir. Lakin
Gomezin, Instagram hesabı hələ də aktiv vəziyyətdədir. 113 milyon izləyicisi
olan Gomez, son fotoşəkilini təxminən 1 ay əvvəl yükləyib. Təbii ki, ən çox izlənən
istifadəçisinin bir anda platformadan imtina etməsi, Instagram üçün də
sevindirici bir xəbər deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)