main-post-cover

    SeedStars World Azərbaycanda ən yaxşı startup`ı tapmaq üçün Bakıya gəlir

    Digər
    07.05.2017
    Farid Pardashunas

    İyunun 18-i, Azərbaycanın ən yaxşı startapları Seedstars World çərçivəsində özlərinin final təqdimatını edəcəklər və qalib startap 500’000 dollar mükafat uğrunda İsveçrədə keçiriləcək qlobal yarışa iştirak haqqı qazanacaq. 

    Seedstars World, bu dəfə Azərbaycana, Bakıda, Qafqaz Universitetində startaplar üçün gələcək və iyun ayının 18-də yerli startaplar mükafat üçün yarışacaqlar. Öz əhatəsini daim genişləndirən Seedstars World 2014-cü ildə 36 ölkədə fəaliyyət göstərərkən, artıq bu il 60-dan çox ölkədə bir-birindən maraqlı tədbirlər təşkil edir və startaplara öz bizneslərini inkişaf etdirməyə şərait yaradır. Əvvəlki iştirakçılar ümumi olaraq indiyə qədər 20 Milyon dollar investisiya ilə təmin olunub və bütün dünyadan 360-dan çox insan işlə təmin olunub. Bu ilki tədbir isə Azercell, Pasha Bank, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, QU Technopark tərəfindən təşkil olunur və tədbirin media dəstəyi Technote şirkəti tərəfindən təmin olunacaq.

    Regional tədbirlərdə hər bir ölkədə qalib gəlmiş komandalar İsveçrəyə dəvət olunacaq və 2017-ci il Mart ayında 500.000 dollar investisiya üçün yarışacaqlar. 
    Bununla yanaşı regional qaliblər Huawei cihazları da qazanacaqlar. Startapların yarışacağı sektorlar isə çox geniş olacaq və hər növ startap burada öz gücünü sınaya bilər. Azercell şirkətinin Müştəri Kanalları Departamentinin direktoru, "Barama" layihəsinin rəhbəri və Seedstars tədbirinin təşkilatçısı və nümayəndəsi İmran Bağırov bu ilki tədbir haqqında öz fikirlərini bölüşüb: "Seedstars qlobal çoxşaxəli bir cəmiyyətdir, burada sahibkarlar, investorlar və eləcə də digər şəxslər üçün bir birindən zəngin müxtəlif imkanlar vardır." Keçən il Seedstars Baku`nun qalibləri Tomi Piriyev və Maksim Piriyev olmuşdu. Onlar tədbirdə öz dronlarını təqdim etmişdilər. 

    Layihədə iştirak üçün əsas tələblərdən biri startapların yarandıqları gündən 2 ildən az fəaliyyətlərinin və biznes modellərinin olmasıdır. Seedstars World həmçinin layihələr arasında daha inkişaf etmiş olanları seçəcək. Belə ki, təqdim olunacaq layihələrin istehsalı olan məhsullar qlobal arenaya çıxarılacaq və qlobal arenada gəlir əldə etmək potensialı böyük önəm kəsb edir. MEST, Google for Entrepreneurs və Microsoft kimi tərəfdaşlarla Seedstars World dünyada ən yaxşı ideyaları taparaq onların inkişafına dəstək olur, onların dünyada tanınmasına çalışır. "Seedstars World həmçinin inverstorları yenilikçi sahibkarlarla Silicon Vadisində və Qərbi Avropada birləşdirir.

    Seedstars World Nədir?

    Seedstars World startap sahibkarlarına market və innovativ inkişaf üçün şərait yaradan platformadır. Məqsədi dünya üzərində ən yenilikçi ideyaları üzə çıxarmaq və onları dünyadakı bütün investorlarla birləşdirməkdir. Mərkəzləri İsveçrənin Cenevrə şəhərindədir və Alisee de Tonnac və Pierre-Alain Masson tərəfindən yaradılmışdır.

    Qeydiyyat üçün link : Start Pre-Application Here

    Linki kopyala