main-post-cover

    "Seedstars Baku"ya qeydiyyat üçün son 4 gün! (QEYDİYYAT)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Seedstars World" Azərbaycandan startaplar axtarışındadır. 3 May tarixində ADA Universitetində keçiriləcək yarışmaya qeydiyyat 28 Aprel tarixində bitir. Qalib komanda ölkəmizi Qzaxıstanda keçiriləcək regional və İsveçrədə baş tutacaq qlobal sammitdə təmsil edəcək.

    Startaplar üçün əsas seçim kriteriyalarında layihənin qlobal və regional yönümlülüyü, minumum prototipinin hazır olması, 2 ildən az müddətdə fəaliyyət göstərməsi ( 2 ildən çox yox, yəni yeni yaranmış startaplar) ən ideal variantda isə "traction"ın olmasıdır.

    Hər bir startapa maraqlı olan isə yarışlarda olan münsiflər heyyətidir. Bu dəfə Silicon Vadisindən dəvət olunmuş mütəxəssisin iştirakı da nəzərə alınıb. Beləliklə, yarışda iştirak edəcək münsiflər və mentorlar aşağıdakı şəxslərdir:

    - Fadi Bishara - Blackbox Akselerasiya Mərkəzinin Akselerasiya Mərkəzinin Rəhbəri
    - Fərid Musayev -  Modern Investment Group Rəhbər
    - Azad Hüseynov - Azercell
    - Ceyhun Atayev - PASHABank
    - Tatyana Mikayılova - RED Communications
    - Daria Golikova - Qafqaz və Qərbi Avropa üzrə təmsilçi - Seedstars World
    - Ağahüseyn Əhmədov - Qafqaz və Qərbi Avropa üzrə təmsilçi - Seedstars World
    Katarina Szulenyiova - COO - Seedstars World

    Qeydiyyat üçün buraya daxil olun.

    Qeydiyyat üçün kod: SSW_Baku_2017


    Startapları üzə çıxarmaq missiyasına uyğun olaraq, Seedstars World ən yaxşı startapları müəyyən etmək, onlara 1 milyon ABŞ dollarına qədər vəsaiti qazanmaq şansı vermək və dünyanın müxtəlif yerlərində olan investor və mentorlarla əlaqələr qurmaq üçün bu il 65 ölkəyə səfər edir.
    Seedstars World Azərbaycanın lider mobil operatoru Azercell-lə yaxından əməkdaşlıq edir. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri, tədbirin yerli təşkilatçısı və Seedstars səfiri İmran Bağırov bildirib ki,”Seedstars sahibkarlar və müxtəlif investorlar, bazar oyunçuları və digərləri üçün imkanlarla bol olan qlobal çoxşaxəli platformadır. Yarışmanın əsas məqsədi - inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdir. Bu müsabiqə yerli startapların dünya bazarına çıxması, öz bacarıqlarını nümayiş etdirmək üçün əla fürsətdir. Azərbaycandan olan 10 ən yaxşı startap hər il İsveçrədə keçirilən Seedstars Sammitinə qatılmaq imkanı üçün yarışa dəvət olunacaq”.
    Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər