main-post-cover

    "Saw" film seriyası yaxın zamanda geri qayıda bilər

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Lionsgate studiyası öz məşhur film seriyası "Saw"-u inkişaf etdirmək niyyətindədir. Məlumata görə bu səbəbdən studiya ssenaristlər Josh Stolberg və Pete Goldfinger-i işə cəlb edib. Onlar yeni filmin (Saw: Legacy) ssenarisini hazırlamalıdırlar. Hələki bilinmir yeni film 2010-cu ildə ekranlara çıxmış "Saw 3D" filminin davamı olacaq yoxsa bizi tamamilə yeni bir film seriyası gözləyir. Filmin çəkiliş qrafiki və böyük ekranlara çıxma tarixi də hələki bilinmir. Bundan əlavə olaraq yeni filmin hansı rejissor tərəfindən çəkiləcəyi tam aydın deyil. Qeyd edək ki seriyanın ilk filmi 2004-cü ildə böyük ekranlara çıxaraq əsl fenomenə çevrildi. 1.2 milyon dollar büdcə ilə çəkilmiş film 100 milyon dollara yaxın gəlir əldə etmişdi. Sonrakı filmlər də həmin cür gəlir əldə etmişdilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər