"Samsung"a lağ edən "Apple" istifadəçilərini utandıracaq xəbər! iPhone 7 partladı!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Apple"ın hər kəs tərəfindən gözlənilən yeni model telefonu iPhone 7 yeni bir problemlə üz-üzə qalıb.
Belə ki, tez-tez öyrəşdiyimiz Samsung partlama xəbərləri öz yerini bu dəfə iPhone 7 telefonuna verib. Reddit-də paylaşılan fotolar ortalığı qarışdırıb desək yerinə düşər. Belə ki,
bir istifadəçi iPhone 7 cihazını alıb, hələ evinə çatmamış telefonu partlayıb.
PhoneArena-nın xəbərinə görə, bir reddit
istifadəçisinin yeni aldığı iPhone 7 cihazı, evə çatdırmağa macal tapmadan partlayıb.
Bu aralar tez-tez şahidi olduğumuz telefon və elektron cihaz partlamaları bu dəfə iPhone 7 modelində baş verib və bu hadisə hamını təəccübləndirib.
Bu haqda məlumat almaq istəyən bir istifadəçiyə
telefonun sahibi "Əmin deyiləm amma telefon mənə çatana qədər, fabriklə çatdırılma arasında bu problemə səbəb olacaq bir şey yaşanıb”
deyə açıqlama verib.
Şəklə diqqət yetirdikdə telefonun qutusunun
çox da zərər çəkmədiyini görmək mümkündür.
Bu ilk partlayan iPhone 7 oldu
Mediada yer alan iPhone 7 cihazının partlama xəbərinə hələ ki, "Apple" cəbhəsindən
açıqlama gəlməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək