Samsung-un 2017 model J7 telefonu haqqında məlumatlar sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Samsung yeni ildən etibarən bir neçə telefon tanıdacaq. Bunlardan biri də Galaxy J seriyasına məxsus 2017 model Galaxy J7 telefonudur.
Xatırladaq ki, bir müddət əvvəl Samsung-un
yeni üstün səviyyə telefon sayılan Galaxy S8 haqda məlumat paylaşmışdıq. Bu
telefonun yüksək standartlara sahib olması gözlənilir. Bundan əlavə şirkət uyğun
büdcə üçün nəzərdə tutulan telefonlar üzərində də işlər aparmaqdadır. Son illər
Galaxy A və J seriyaları üzərində işlər aparan şirkət bu il də ənənəsinə sadiq
qalaraq Galaxy J7 telefonunu tanıdacaq. Bu telefonun Galaxy S8 ilə müqayisədə
daha ucuz olması gözlənilir.
OnLeaks tərəfindən Samsung-un J7 telefonu haqqında məlumatlar sızdırılıb. Rəsmi
olmayan məlumata görə Galaxy J7 telefonu şirkətin öz istehsalı olan Exynos
prosessora, 3GB RAM və 32GB daxili yaddaşa sahib olacaq. Bundan əlavə telefonun 5.5 inçlik Full HD keyfiyyətli ekranının olması gözlənilir.
Əslində bu telefonun bir qədər aşağı büdcə üçün
nəzərdə tutulduğu vurğulansa da daşıdığı keyfiyyətləri heç də aşağı səviyyəli saymaq olmaz.Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)