main-post-cover

    Samsung rəsmən yeni era başladır!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung Electronics yeni SSD-si Samsung 950 PRO-nu ictimaiyyətə tanıtdı. Yüksək performans axtaran istifadəçilər üçün təqdim olunan, həm stolüstü, həm də notebook-larda olacaq bu SSD-də hədəflənən disk M.2 form amilindədir. Buna görə də ultra nazik notebook və iş üçün nəzərdə tutulmuş stolüstü kompyuterlər üçün ən ideal seçim olacaqdır. 950 PRO şirkətin  NAND (V-NAND) texnologiyalı Non-Volatile Memory Express (NVMe) SSD-si olması ilə diqqət mərkəzinə düşür. SSD interfeys olara isə ənənəvi SATA interfeysi yerinə PCIe 3.0-la təchiz olunacaq. Buna görə də videokartın buna uyğun olması əsas şərtdir.
    Daha da gücləndirilmiş və güc qoruma xüsusiyyətlərinə sahib olan 950 PRO bu anlamda batareya ömrünü artırmaq ve əməliyyat dəyərini düşürmək üçün də önəmli bir yaddaş qurğusudur. Yüksək lent genişliyi və düşük gecikdirmə vaxtına sahib SSD 2500 MB/s oxuma və 1500 MB/s yazma sürəti ilə rəsmən yeni era başladır. Samsung 950 PRO SSD 2 fərqli yaddaş növü ilə təqdim olunacaq; 256 GB yaddaşa sahib olan SSD 199.99 dollar, 512 GB yaddaşa sahib SSD isə 349.99 dollar olacaq. Verilən çıxış tarixi isə oktyabr ayının ortalarıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər