main-post-cover

    Samsung Galaxy S6 Edge Plus gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Son zamanlar texnologiya gündəmində Samsung Galaxy S6 Edge Plus haqqında müxtəlif məlumatlar dolanır. Bir çoxları Samsung-un iPhone 6 Plus alıcılarını öz tərəfinə çəkmək üçün belə bir model hazırladığını düşünür. Bəziləri isə bu hərəkəti Samsung-un böyük ölçülü telefon bazarında öz mövqeini gücləndirmək istəməsi ilə əlaqələndirirlər. 
     
    Bu yaxınlarda telefonun Galaxy Note 4 ilə yanaşı çəkilən şəkli bizlərə onun ölçüsündən xəbər verir. 5.7 inç hər iki tərəfi digər S6 Edge modelindəki kimi qövsvari ekrana sahib olan S6 Edge Plus-ın Samsung-un Exynos 7420 prosesoru ilə çalışdığı güman edilir.
     
    Onu da qeyd edək ki, şayiələrə görə Samsung yeni Note modelini həmişəkindən bir qədər tez satışa buraxa bilər. Amma yeni Note-un S6 Edge Plus ilə eyni anda bazara girməsi Samsung üçün doğru bir hərəkət sayılmır. Çünki təxminən eyni xüsusiyyətlərə sahib olan bu iki cihazı bir-birindən ayıran iki əsas amil qələm və qövsvari ekrandır.
    Linki kopyala