main-post-cover

    Şaiyə: PS 4.5 bu ilin payız fəslində satışa çıxacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    WCCF Tech-in öz mənbələrinə istinadan verdiyi məlumatlara əsasən yenilənmiş və daha güclü PS 4.5 modeli bu ilin payız fəslində satışa çıxacaq. Sony Computer Entertainment bu barədə heç bir məlumat vermədiyi üçün xəbəri hələki şaiyə kimi qəbul etmək lazımdır. PlayStation 4.5 haqqında ilk dəfə mart ayının ortalarında Kotaku portalı yazmışdı. Bir həftədən sonra isə PlayStation 4K adlandırılacağı güman olunan yenilənmiş konsol haqqında nüfuzlu Eurogamer portalı yazdı. Məlumata əsasən yenilənmiş konsol $400 qiymətinə satılacaq. Bir çox studiyaların isə yenilənmiş konsol əsasında oyunların istehsalına başladıqları güman olunur. Yenilənmiş konsolun sistemi daha güclü olacaq. PlayStatin 4.5 əsasında hazırlanacaq oyunlar PS4 konsolundada işləyəcək. Lakin daha zəif xüsusiyyətdə. Nəzərinizə çatdıraq ki, PS4-ün satışları 2013-cü ilin noyabr ayında start götürmüşdü. Keçən ilin payız fəslində isə Sony konsolun daha güclü versiyasının olma mümkünlüyünü qeyd etmişdi.
    Linki kopyala