main-post-cover

    Reklam çəkmək istəyərkən, mövzunu fərqli yerə daşıyan 4 yerli reklam çarxı (VİDEO)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bütün dünyada olduğu kimi, ölkəmizdə də marketinq və reklam sahəsi əmin addımlarla irəliləməkdədir. Təqdim edəcəyimiz 4 reklam çarxı ilə siz də bunun şahidi olacaqsınız. Viral reklam olaraq nəzərdə tutulan bu video çarxlar ölkəmizdə geniş müzakirə doğurub. Əsas sual isə sadədir. Həqiqətən bizim kütlənin brendi müzakirə etməsi üçün bu yollara əl atmaq lazımdır? Bu tip reklamlar nə dərəcədə uğurludur? Gerisinə siz qərar verin. İndi isə reklam çəkmək məqsədilə lentə alınan lakin başqa məqsədləri doğuran reklamları sizə təqdim ediirk.

    Milla süd məhsullarının reklam çarxı

    Deysən Milla südləri tək inəklərdən almır. Şirkət isə açıqlamasında qeyd etmişdi ki, reklamın onlarla heç bir əlaqəsi yoxdur və bu reklamdan xəbərsizdirlər.

    FACESTUDİO Reklam çarxı

    Ərə getmək üçün artıq tüklərdən can qurtarmağın vacibliyinin vurğulandığı bu reklam 2 gündür sosial şəbəkələrdə müzakirə olunur.

    ADDIM - Film Festivalı üçün çarx

    Reklam ideyası xarici mənbələrdən olsa da, əsas məsələ sosial mesaj verməkdir. Digər reklamlara nisbətən bu reklam daha uğurlu alınıb və insanları qıcıqlandırmayıb.

    Elan saytı üçün çəkilmiş reklam

    "Bu elan saytında nələr satılır?" sualı ağlınıza gələ bilər. Cavab olaraq qeyd edək ki, sadəcə elan saytıdır və satdıqları məhsullar digərlərindən fərqli deyil. Fərqli olan reklama yanaşma tərzləridir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər