main-post-cover

    Qazlı içkilərin mütəmadi qəbulu nələrə gətirib çıxardır?

    07.05.2017
    Farid Pardashunas

    Qazlı içkilərin mütəmadi qəbulu yuxusuzluğa səbəb olur.

    Bu cür nəticəyə Kaliforniya Universitetinin mütəxəssisləri gəliblər. Alimlərin məlumatlarına görə mütəmadi qazlı içki qəbulu və yatmamaq vərdişi bir-birini gücləndirir. Bu nəticə 19.000 insanın həyatını müşahidə etdikdən sonra əldə olunub. Həmin insanların hamısı 2005-ci ildən 2012-ci ilə kimi baş tutmuş pəhrizin və sağlamlığın müşahidəsi milli proqramında iştirak ediblər. İştirakçılar analizlərini verib tam müayinədən keçərək öz qidalanmaları və yuxuları haqqında danışırdılar. Alimlər sözügedən proqram iştirakçılarının pəhriz və yuxularını qarşılaşdırıblar. Müşahidədən sonra onlar müəyyən ediblər ki, mütəmadi olaraq qazlı içkiləri qəbul edən insanlar gün ərzində cəmi 5 saat yartırlar. Bundan əlavə olaraq tədqiqatçılar qazlı içki asılılığı ilə yuxu arasındakı əlaqəni də müəyyən ediblər. Belə ki, gün ərzində 5 saat yatan insanlar digərlərinə nisbətən 21% daha çox qazlı içki qəbul edirlər. 6 saat yatan insanlar isə normadan 11% daha çox qazlı içki qəbul edirlər. Yuxu ilə qazlı içki arasındakı əlaqə müxtəlif peşə sahibləri və sosial təbəqə nümayəndələri arasında müşahidə olunur. Bununla yanaşı sözügedən effekt yalnız qazlı içkilərin qəbul olunması zamanı müşahidə olunub. 2014-cü ildə isə alimlər müəyyən etmişdilər ki, qazlı içkilər uşaqlarda yaddaş pozğunluğuna gətriib çıxardır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər