main-post-cover

    Qarşılayın, yeni kompuuter "canavarı" MONSTER® TULPAR T7 V6.1!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Oyun komputerindən nə gözləyərik? Güclü prosessor? Performans canavarı video kart? Mobil texnologiyaların ən inkişaf edilmiş halı artıq bizlərlə olacaq. Skylake seriyasının ən sürətli Nvidia ekran kartını bir araya gətirən Monster modeli T7 V6.1 əsl texnologiya canavarı olacaq. 
     
    Hər kəs oyun kompyuteri haqqında fikirləşəndə onun bütün detallarının tam güclü olması haqqında düşünür. İstər ekran kartı, istərsə də prosserun gücü bütün oyunları istifadəçiyə professional şəkildə çatdırmalıdır. Parçalar bir biri ilə uyumlu olmalı, kompyuterin texniki göstəriciləri ən üst səviyyədə olmalıdır. Bir çox gamerin arzusu belədir. Monster’ın Intel və Nvida ailələrinin en inkişaf etmiş stolüstü komponentlərini qüsursuz dizayn ilə bir araya gətirən MONSTER® TULPAR T7 V6.1 gamerlərin vazkeçilməz kompyuteri olacaq.
     
    Adını mifologiyadakı qanadlı at əfsanəsindən alan ən yeni Monster oyun kompyuteri Intel 6700K Skylake prosessoru ilə 34%’lik bir verimlilik artışı əldə edir. Eyni zamanda Turbo Boost və Hyper Threading texnologiyalarını da özüylə gətirir.
    1280-2


    Yeni Tulpar modelinin digər üstünlüyü isə dünyanın ilk stolüstü ekran kartını özündə gətirməsidir. GeForce ailəsinin ən sürətli və ən inkiçaf etmiş ekran kartı GTX 980 grafika mühərrikini hər zaman daşına bilinən hala gətirən Monster, Nvidia maxwell arxitekturası ilə Skylake teknologiyasını bir arada istifadə etməyi mümkün hala gətirir.
    GTX 980 ekran kartının digər üstünlüyü isə Multi,Frame sampled Anti-Aliasing texnologiyasıdır. Bir şəkil hissəsində və pikseldə nümunə hesablamalar edərək kənarlıqları qoruyan bu ekran kartı 30%’lik performans artışını da özündə gətirir. Həm bir birinin ardınca gələn sürətli səhnələr, həm də fps cəhətdən olduqca mükəmməl performans sərgiləyən ekran kartı qüsursuz oyun təcrübəsi təqdim edir.
    Bütün Monster modelləri kimi tamamilə oyunçuların bütün ehtiyaclarını ən yaxşı şəkildə qarşılamağı hədəfləyən Monster Tulpar T7 V6.1, 16GB (2x8GB) DDR4L 1.2V 2400MHz RAM dəstəyi və Samsung 256 GB 950 PRO M.2 Sata SSD dəstəyi qazanıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər