main-post-cover

    Qarşılayın - iOS 10 ! Tamam ya davam???

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple hər il olduğu kimi bu ildə WWDC-də özünün bütün əməliyyat sistemlərini yenilədi. Bu xəbərdə sizlərə yeni iOS 10 haqqında danışacağıq! Apple iOS 10 əməliyyat sistemində nə az nə çox düz 10 yenilik edib. Gəlin birlikdə bu yeniliklərlə tanış olaq. 
     
    1. Blok ekranı və yeni bildirişlər
     
     
    Bunu hamı gözləyirdi və nəhayətki bu baş verdi. Apple blok ekranını tamamən dəyişdi. Yeni Raise to Wake funksiyası ilə ekrana baxmaq daha rahat olacaq. Beləki ekranı işıqlandırmaq üçün daha heç bir düyməni sıxmaq lazım deyil. Telefonu əlinizə götürdüyünüz halda ekran avtomatik işıqlanacaq. Bildirişlərin dizaynı tamamən dəyişib. 
     
     
    Bildirişlər haqqında əlavə məlumat öyrənmək üçün isə 3D Touch-dan istifadə etmək lazımdır. Ekranı bərk sıxdız və əlavə məlumat öyrəndiniz. 
     
     
    3D Touch olmayan modellərdə isə təkcə dizayn dəyişikliyi olacaq. 
     
     
    Contral Center-ında dizaynı dəyişilib. Artıq musiqini idarə etmək üçün əlavə ekran var. 
     
    2. Siri
     
     
    Artıq Siri App Store və ordakı proqramlara tam inteqrasiya olunub. Artıq müxtəlif şirkətlər öz proqramları üçün virtual assistentdən istifadə edə bilərlər. 
     
     
     
    3. Quicktype
     
     
    Virtual klaviatura üçün cəld yazı funksiyasıda funksionallığını artırıb. Artıq sizin danışığınızdan asılı olaraq o sizə söhbətə uyğun sözlər cümlələr təklif edir. 
     
    5. Photos
     
     
    Artıq hamımıza Facebook-dan bəlli olan üz tanıma funksiyası iOS-da da olacaq. Apple bununla kifayətlənməyib şəkilləri ayırmaq üçün təkcə üz yox peyzajlarıda ayırd etməyə imkan verən bir funksiya hazırlayıb. Alqoritmlər şəklin dəqiq harda çəkilməsini çox asanlıqla tapır. 
     
     
    Daha bir funksiya Memories adlanır. Artıq sistem bir gün ərzində çəkilən şəkillər və videolardan klip və albom hazırlayaraq bizə təqdim edəcək. 
     
    5. Xəritə 
     
     
    Tamamilə yenilənmiş Apple Maps bizi gözləyir. Artıq xəritə bizə yollardakı vəziyyət haqqında daha dolğun məlumat verəcək. Bundan əlavə naviqasiya zamanı dinamik zoom funksiyasıda əlavə olunub. Siri kimi Maps-da artıq bütün open source olacaq və istənilən şirkət öz proqramlarında Apple Maps-dan istifadə edə biləcək. 
     
    6. Apple Music
     
     
    Musiqi proqramınında da dizayn dəyişikliyi olub. "Sizin üçün" kateqoriyası daha anlaşılan şəkil alıb. Həmçinin servisin artıq 15 milyon istifadəçisi var. Daha bir yenilik isə dinlədiyiniz mahnının sözlərini əlavə olunmasıdır. 
     
    7. Apple News
     
     
    Bir il qabaq şirkət özünün xəbər portalını təqdim etmişdi. Apple News istifadəçilərin sayı 60 milyonu ötür. Yenilik isə yenilənmiş dizayn və istədiyiniz jurnallara abunə olmaq funksiyasıdır. 
     
    8. Home Kit 
     
     
    Özünün ağıllı evini hazırlamaq üçün Apple artıq bir neçə ildir çalışır. Nəhayət bütün bu funksiyalar əliniz altında telefonunuzda olacaq. Siz artıq bir hərəkətlə evinizdə yerləşən bütün sistemləri idarə edə bilərsiniz. 
     
    9. Telefon
     
     
    Apple səsli spamdan yaxa qurtarmaq üçün yeni alqoritm kəşf edib. Gələn zəngin potensial spam olub olmaması zəng ekranında bilinəcək. Həmçinin Apple bütün messengerlərə yeni zəng ekranı dizaynı əlavə edib. 
     
     
    10. Message
     
     
    Apple ən köklü dəyişikliyi mesajlar proqramında edib. Daha zəngin qısa link icmalı, 3 dəfəyə qədər böyüdülmüş Emoji smayılları, açar sözlərin avtomatik smayıllarla əvəz olunması və s.
     
     
    Kefinizə uyğun olaraq mesajları müxtəlif dizaynda yaxud gizli şəkildə göndərə bilərsiniz. Barmaqla silindikdən sonra bu gizli mesajlar göndərilən şəxsə çatdırılacaq. Həmçinin siz əl ilə istədiyiniz mesajı çəkib həmsöhbətinizə göndərə bilərsiniz. 

     
     
    Sonda isə iOS 10-u dəstəkləyəcək cihazları nəzərinizə çatdırırıq:
     
    iOS10New_Main

     


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər