Qara dəliklər necə yaranır və necə genişlənirlər?

Qara dəliklər necə yaranır və necə genişlənirlər?

Digər
08.05.2017 PAYLAŞIM

Dünyadakı bütün astronomları narahat edən suallardan biri də odur ki, qalaktikaların mərkəzlərində yerləşən nəhəng qara dəliklər hansı səbəbə görə bu cür nəhəng olurlar və bu proses niyə görə sürətlə gedir? Axır ki, alimlər bu hadisələrin izahı üzrə müəyyən nəticəyə gəliblər. Bizim qara dəliklər haqqında biliklərimizə və onların sürətlə böyümələrinə əsaslanaraq yüksək kütləli qara dəliklərin inanılmaz ölçülərini məntiqi cəhətdən izah etmək çox çətindir. Lakin buna baxmayaraq onlar mövcuddurlar. Hubble və Chandra kosmik teleskopları vasitəsilə əldə edilmiş fotoların sayəsində alimlər belə bir fikrə gəliblər ki, həmin qara dəliklər nəhəng qaz buludlarından yaranırlar. Daha əvvəllər alimlər düşünürdülər ki, nəhəng qara dəliklərin daha da böyümələri onların nisbətən kiçik qara dəlikləri cəzb edib udmaları hesabına baş verir. Lakin bu fikir onların sürətlə genişlənmə sualına cavab verə bilmirdi. Bu halda proses daha sürətlə gedərdi. Lakin təsəvvür etsək ki, nə vaxtsa ulduz olmuş obyekt müəyyən vaxtdan sonra məhv olub qaza çevrilir hansından ki, qara dəlik yaranır, onda sürət və zaman hesabına genişlənən qara dəliklər yeni nəzəriyyəyə uyğunlaşır. Alimlərin fikrincə həmin qaz buludları müəyyən müddətdən sonra qara dəliklər üçün toxumlar yaradırlar. Daha sonra həmin toxumlar məhv olaraq yüksək kütləli qara dəliklərə çevrilirlər. Bu nəzəriyyəni yoxlamaq üçün İtaliya Beynəlxalq Astrofizika Universiteti və Scuola Normale Superiore adlı nüfuzlu təhsil mərkəzinin tədqiqatçıları Hubble, Chandra və Spitzer kosmik teleskopları ilə çalışmaq imkanından yararlanıblar. Hubble və Chandra teleskopları maraqlı kosmik obyektləri aşkar ediblər. Həmin obyektlər qara dəliklərin toxumları adlandırılıb. Əldə edilmiş 2 foto qara dəliklərin toxumları nəzəriyyəsini təsdiq etsə də alimlər hələ yekun nəticənin olmadığını qeyd ediblər. "Qara dəliklərin toxumlarını aşkar edib onların varlıqlarını müəyyən etmək çox çətindir. Lakin biz düşünürük ki, bizim tədqiqatlarımız onlardan ikisini aşkar etməyə imkan verib" - deyə tədqiqatçılardan biri qeyd edib.
Hubble teleskopu sayəsində əldə olunmuş qara dəlik toxumları fotosu:
Chandra teleskopu sayəsində əldə edilmiş qara dəlik toxumları fotosu:




DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×