main-post-cover

    Psychonauts 2 anons olunub

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Bugün səhər keçirilmiş The Game Awards 2015 tədbiri çərçivəsində amerikalı game-dizayner Tim Schafer Psychonauts 2 oyununu anons edib. Bir çox jurnalistkər bunu tədbirin ən yaxşı anonsu adlandıraraq onu bu ilki E3 sərgisində anons olunmuş Shenmue III ilə bir yerdə tuturlar. Qeyd edək ki, oyunun ilk hissəsi 2005-ci ildə satışa çıxmışdır. Oyunçular yeni oyunun anonsunu düz 10 il gözləməli oldular. Oyunun istehsalını maliyyələşdirmək üçün Tim şirkət tapa bilməyib. Ona görə də, oyun oyunçuların və Tim-in öz hesabının köməyi ilə istehsal olunacaq. Oyunun istehsal olunması üçün $3.300.000 vəsait lazımdır. Tim isə anonsdan sonra $500.000-dən çox vəsait yığıb. Maraqlısı isə odur ki, həmin vəsait Kickstarter ilə deyil yeni Fig platformasının köməyi ilə yığılır. Fig platformasının əsas üstünlüyü ondan ibarətdir ki, oyunçular istədikləri oyuna pul yatırmaqla gəlir əldə edə bilərlər. Əgər yatırılan məbləğ böyükdürsə onda oyunçuya oyundan qazanılacaq vəsaitin müəyyən faizi düşür. 
     

    Linki kopyala