PS4-ün təhlükəsizlik sistemi sındırıldı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Müasir oyun konsolları özlərinin keçilməz təhlükəsizlik sistemləri ilə məşhurdurlar.
PlayStation 4-ün satışa çıxmasından
demək olar ki, 3 il keçib. Lakin indiyənə kimi internetdə pirat oyunların PS4-də
oynamaq imkanını yaradan işlək bir sxem aşkar edilməyib. Çox güman ki, yaxın
zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, Çinin "ChaitinTech” adlı şirkəti, PS4
sisteminin təhlükəsizlik sərhədini keçdiyini bildirib. Bu sözlərə sübut olaraq
şirkət YouTube-a xüsusi video yerləşdirib. Həmin videoda 4.01 yenilənməsinə
sahib PS4-də pirat oyunun necə işə düşdüyü əks olunub. "Technote.az” "Wololo.net”ə
istinadən verdiyi xəbərə əsasən oyun olaraq çinlilər Super Mario Bros.-u seçiblər.
Qeyd etmək lazımdır ki, PS4 sisteminin həqiqətən də sındırıldığı haqqında hələki
təsdiqlənmiş məlumat yoxdur. "Sony” özü bu məsələyə fikir bildirməyib. Məlumata
əsasən şirkət artıq PS4 sistemindəki bu boşluğu aradan qaldırıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!