main-post-cover

    PS4 Slim-in ilk fotoları sızdırılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Son zamanlar internetdə gəzən şaiyələrdən belə nəticəyə gəlmək olar ki, gələn ay keçiriləcək PlayStation Meeting 2016 tədbiri çərçivəsində PS4 konsolunun kiçildilmiş (Slim) versiyası təqdim olunacaq.

    Baxmayaraq ki, bu barədə hələ rəsmi məlumat yoxdur, "NeoGAF” mənbəsinin istifadəçiləri PS4 Slim-in ilk fotolarını təqdim ediblər. Təqdim olunmuş fotolarda CUH-2016A nömrəli PS4 Slim modeli əks olunub. Qeyd edək ki, PlayStatin Meeting 2016 7 Sentyabr tarixində Nyu York şəhərində keçiriləcək. Təbirdə PS4 Slimdən əlavə konsolun daha təkmilləşdirilmiş versiyası PS4 Neo-nun təqdimatı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər