main-post-cover

    Play Store-da dəhşət saçan virus aşkarlandı. Diqqətli olaq.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google Play Store-da yeni yayılan bəla istifadəçilərin telefonların özlərinin belə xəbəri olmadan "root" edir.

    Texnologiyanın inkişafı və telefonların "ağıllanması" həyatımızı asanlaşdırsada, təhlükəsizlik baxımından da problemləri bərabərində gətirir. "Trend Micro" daxilində çalışan mütəxəssislər son vaxtlar "Google Play Store" və digər 3-cü tərəf tətbiq mağazalarında çox təhlükəli virusu ortaya çıxarıblar. Məlumata görə virusu təhlükəli edən əsas amil virusun bir tətbiqetməyə deyil, 100-lərlə tətbiqetməyə və əsası orijinal tətbiqlərə yoluxmasıdır. Virusun ən təhlükəli tərəfi isə indiyə qədər istehsal edilmiş bütün Android versiyalı telefonları root etməsidir. İşləmə prinsipi sadə olan bu virus, sizin yüklədiyiniz tətbiqlə birgə telefonunuza yüklənir və sizin xəbəriniz belə olmadan telefonu "root" edir. Telefonun root olmasından sonra hackerlərin daimi nəzarətinə keçirsiniz. Hacker-lər şəxsi informasiyadan əlavə hətta sizin telefonunuzun kamerasından sizi izləyəcək qədər əməliyyatları həyata keçirə bilirlər. Hindistanİndonizyadan sürətlə yayılmağa başlayan virus son olaraq Amerikada ortaya çıxıb. Sözügdən virus hələ ki, Azərbaycana gəlib çatmayıb. Hərəkətə keçən Google, zərəzli tətbiqləri aradan qaldırsada diqqətli olmaqda fayda var. Virusun belə tez və rahat yayılmasının səbəbi isə Google Play-də olan bir açıq idi.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər