main-post-cover

    PewDiePie-dan saatda 500.000 abunə silən SƏHV: İzləmədən çıxdığınız kanaldan 2 abunə silinir!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    YouTube-a qarşı son vaxtlarda edilən bir çox tənqidə bir yenisi daha əlavə oldu.

    Son vaxtlarda YouTube-da videoların izlənməsi və abunə sayı mövzularında bir çox tənqid yağışı başlamışdı. Daha bunlar ilə əlaqəli bir açıqlama etməyən YouTube-un başı indi də yeni bir səhv ilə bəladadır.
    h3h3 Productions-dan Ethan-ın PewDiePie ilə çəkmiş olduğu aşağıdakı parodiya videosu ilə ortaya çıxan detala görə Ethan, normalda dostu olan Felix ilə ortaq bir video çəkmək üçün menecerinə zəng vurur. Ssenariyə görəmenecerinin 50.000 Dollar istəməsi və Ethanın pulu ödəmiş kimi edərək PewDiePie ilə birlikdə mənasız və iyrənc videolar izlədiyi məzmunda son olaraq Homoseksuallıq ilə əlaqədar bir video da izlənilir.
    Həm məşhur həm də homoseksuallara qarşı tərs bir reaksiya göstərirmiş kimi rol oynayan Felix-in bu ortaq videosundan sonra bəzi şəxslər PewDiePie-nin abunəliyindən çıxarkən ortaya çıxan məlumata görə bir YouTube istifadəçi hərhansı bir hesabın abunəsindən çıxdığında 1 yox, 2 abunə sayı azalır. Beləliklə bu ortaya çıxanbug nəticəsində siz təkrar izləsəniz belə durduq yerdə 1 izləyici artıq itirən kanallar ilə bağlı YouTube-dan da mövzunu həll etmək üçün işlərə başladıqlarına dair paylaşım gəldi.
     
    Ancaq hazırda da bu problem davam edir və bu problemə görə yüz minlərlə izləyici itirən kanalların nə kimi başqa problemlər yaşayacağı isə maraqlıdır. Çünki hazırda böyük kiçik demədən bir kanalın izləməsini buraxıb təkrar izləsəniz belə kanaldan -1 abunə silinmiş olur. Hətta 0 abunəyə düşürülən bir kanal mənfi abunə sayına belə düşə bilir.
    Linki kopyala