main-post-cover

    Perfume: The Story of a Murderer filmi teleseriala çevriləcək

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Patrick Süskind-in məşhur romanı əsasında Constantin Film studiyası tərəfindən çəkilmiş "Perfume: The Story of a Murderer" filmi teleseriala çevriləcək. Serialın istehsalı ilə Constantin Film studiyası məşqul olacaq. Məlumatlara görə serialın çəkilişləri 2016-cı ildə başlayacaq. Rejissor Tom Tykwer tərəfindən çəkilmiş və 2006-cı ildə böyük ekranlara çıxmış "Perfume: The Story of a Murderer" filmi 60 milyonluq istehsal büdcəsinə baxmayaraq 135 milyon dollar gəlir gətirmişdir. Romanda və filmdə hadisələr Fransada 18-ci əsrdə cərəyan edir. Hadisələrin mərkəzində kəskin şəkildə iy bilmə qabiliyyətinə malik olan Jean-Baptiste-Greounille (filmdə Jean-Baptist-Greounille rolunu aktyor Ben Whishaw canlandırıb) adlı oğlan durur. Onun istəyi ən mükəmməl ətirləri yaradaraq dahi ətriyyatçı olmaqdır. Bunun üçün o cavan qızları qətlə yetirərək onların qoxularını oğurlamağa başlayır. 
    Teleserialda roman və filmdəki ideyalar olduqları kimi qalacaqlar. Lakin hadisələr müasir Almaniyada cərəyan edəcək. Beynəlxalq internat məktəbində qadınlar Süskind-in əsərindəki üsul ilə ölməyə başlayacaqlar. Constantin film 6 və yaxud 8 epizoddan ibarət olacaq serial çəkməyi planlaşdırır. Yeni sezonun çəkilmə ehtimalının ola biləcəyi üçün studiya serialın finalını hamıya sirr qalacaq şəkildə hazırlayacaq. Qeyd edək ki, Constantin Film hal-hazırda "Resident Evil" film seriyasının da teleserial versiyasını hazırlayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər