Oyunun developeri LGBT hüquqlarını müdafiə etdiyi üçün Steam açarını istəyən şəxsi təhqir etdi

Oyunun developeri LGBT hüquqlarını müdafiə etdiyi üçün Steam açarını istəyən şəxsi təhqir etdi

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Operation Caucasus oyununun developeri Dream Games oyunu endirən hər kəsə oyunun açarlarını verirdi. Amma profilinə rəngli arxa fon olan, LGBT dəstəkləyən şəkil yerləşdirmiş bir şəxs oyunun kodunu istədikdə, developer ona qısa və təhqiredici bir cümlə ilə cavab verib. Bu mesajla bildirib ki, LGBT təşkilatınə və onun tərəfdarlarını heç vaxt dəstəkləməyəcəklər.
 
Bu hadisə daha sonra Steam forumunda neqativ bir hal kimi qeyd olundu. Steam forumuna bu təhqirə məruz qalmış istifadəçi isə belə yazıb: "Oyunlar hamı üçündür. Oyundan alınacaq həzzə sərhəd qoyulmamalıdır. Fərqi yoxdu bu gaydır, qaradır, qadındır və ya başqa bir azlığa mənsub şəxsdir. Ən önəmlisi developerlər bunu bilirlər və bütün bunlara hörmətlə yanaşmalıdırlar."

Bu şərhdən sonra isə oyun şirkəti də öz fikrini bildirdi. Ən sonda isə Facebook üzərindən üzr istədi. Üzr mətnini xəbərin sonunda oxuyacaqsınız. Hələlik isə, şirkətin özünü necə müdafiə etdiyi mətni diqqətinizə çatdıraq.
Şirkət daha sonra bu cümlələrlə istifadəçiyə qarşılıq verdi: "Biz heç vaxt LGBT`ni dəstəkləməyəcəyik. Biz oyuncaq deyilik, bu da bizim azad seçimimizdir. Bizim onların puluna ehtiyacımız yoxdur. Qərarımızı bəyənmirsinizsə, şikayət edin. Bu da sizin azad seçiminizdir."

Developer bunlarla kifayətlənmədi. Daha çox yazdı, amma yazdıqları qeyri-etik olduğundan davamını qeyd etmirik.
 
Dream Games firmasının ən böyük problemlərindən biri isə oyunlarının, xüsusilə də "Operations Caucasus" oyununun o qədər də yaxşı olmamasıdır. Aşağıda oyundan bir parçaya baxın:


Bu oyunu artıq şirkət ikinci dəfədir ki, elan edir. Birinci dəfə Steam mağazasında mart ayında 9 dollardan satışa çıxarılmışdı və oyuna baxdıqda sadəcə onun bir "demo" versiya olduğunu görürdük.
 
Yayımlandıqdan bir neçə gün sonra isə onun qiyməti 1 dollara düşdü. Daha sonra sirli şəkildə oyun Steam üzərindən silindi.
 
 
Steam üzərindən bu məsələyə aydınlıq gətirməyə çalışan şirkət isə belə yazmışdı: "Steam səhifəsində belə bir düymə var. `Tamamlanmış proyekti yayımla!` Bizim redaktor isə ona basıb. Redaktor sonra bizə dediki, `Mən yayımlanmanın qarşısını almağa cəhd etdim, amma alınmadı və Steam üzərindən 9.99 dollardan satışa çıxarıldı.` Bir neçə gün sonra biz oyunun qiymətini demo qiymət olan 0.99 dollara endirdik. Bu bizim ilk təcrübəmiz idi, biz burada hələ təzəyik. Steam`da qruplar var ki, orada developerlər toplanır. Biz onlara yazdıq və onlar da bizə kömək etdilər."

Dream Games daha sonra proyektin dayandırıldığını və üzərinə çox iş olduğu üçün Mayın əvvəlində satışa çıxarılacağını qeyt etmişdi. Amma oyun nədənsə gecikdi və mayın 26da üzə çıxarıldı. Daha sonra isə açarları paylamağa başladı.
 
 
Son hadisəyə gəlincə isə, bir istifadəçiyə edilmiş bu təhqir onların imicini daha da sarsıtdı. Daha sonra bununla bağlı onlar öz səhifələrindən Facebook üzərindən belə bir üzrxahlıq mətni paylaşdılar:
"Dream Games olaraq, biz bu hadisəyə görə çox məyusuq. Bu hadisənin baş verməsində rol oynayan redaktor və idarəetmə direktoru işdən çıxarıldı. Sizi əmin edə bilərik ki, bu gələcəkdə bir daha baş verməyəcək."


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×