main-post-cover

    NVIDIA yeni GPU-su ilə notebook-lara yeni həyəcan gətirir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    NVIDIA-ın stolüstü kompyuterlər üçün təklif etdiyi son model qrafika kartı GeForce GTX 980 bundan sonra mobil GPU formasında notebook-lara da güc verəcək. Xüsusilə sürət artırma baxımından performansı yüksək olan notebook-larda 2048 nüvəli GPU ilk dəfə stolüstü kompyuter performansını notebook-lara gətirəcək. Bu arada qeyd edək ki, GeForce GTX 980-i  Geforce GTX 980M ile qarıdırmaq olmaz!
    İlk dəfə kilidsiz olan GPU-nun fanını idarə etmək və performansı sürətləndirməklə ən üst səviyyəyə çıxarmaq mümkündür. Əlavə olaraq virtual gerçəklik dəstəyi ilə Oculus Rift kimi cihazları da istifadə etmək asan olacaq. Ayrıca GeForce GTX 980-in dəstəklədiyi dillərdi də belə qeyd edək: SLI, CUDA, PhysX, GPU Boost 2.0, Optimus, BatteryBoost, 4K, VXGI, DSR, MFAA, çoklu ekran, DirectX 12 və virtual gerçəklik.
    NVIDIA yeni mobil GPU-sundan güc almaları üzrə ASUS, MSI, Aorus və Clevo kimi iş ortaqları ilə sövdələşib. Mobil GPU-nun çıxış tarixi və qiyməti isə hələlik qeyri-müəyyəndir. Bundan sonra ən müasir oyunları notebook-larda oynamaq xəyal deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər