main-post-cover

    Növbəti ay SONY-dən yeni bir model gəlir! Xperia T4 Ultra

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Sony şirkətindən sızdırılan məlumatlara görə növbəti ay Sony öz yeni modelini təqdim edəcək. Söhbət Sony Xperia E5502 serialı T4 Ultra modelindən gedir. Bir neçə ildir Sony smartfon bazarında diqqətləri öz üzərinə cəmləməyi bacarsada son zamanlarda təqdim etdiyi telefonlar o qədərdə xoş təsir bağışlamır. İstifadəçilər yeni modellərin əvvəlkilərə çox bənzədiyini və aralarında böyük dəyişikliklərin olmamasından şikayətlənirlər. Üzərində olan bu təziqi aradan qaldırmaq niyyətində olan Sony bu dəfə daha fərqli modellə qarşımıza çıxmağı planlaşdırır.Fərqli sferalarda güclü modellər istehsal etməyi bacaran şirkət bu dəfə T4 seriasının növbəti modelini təqdim etməyə hazırdır.Rəsmi olaraq qeyd olunmasada sözü gedən modelin avgust ayından əvvəl təqdim olunması gözlənilir. Aşağıda T4 ultra-nın parametrləri ilə tanış ola bilərsiniz:

    • 5.5 düymlük 1080p ekran
    • 1.7 ghz sürətə malik 8 nüvəli Mediatek prosessor
    • 13 MP keyfiyyətində arxa kamera
    • 2 GB RAM
    • Android 5.0 Lollipop əməliyyat sistemi
    • 4G və dual sim dəstəyi
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər