main-post-cover

    "Instagram"ın çoxlu şəkil paylaşım funksiyası ilə ilk yarışma "Kapital Bank"dan

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Bir müddət əvvəl "Instagram"a yeni gələn bir xüsusiyyət ilə istifadəçilər artıq bir paylaşım vasitəsilə bir neçə şəkil yaxud videonu eyni anda yayımlaya bilirlər. Bu haqda daha ətraflı saytımızda yerləşdirilən məqalədə məlumat vermişdik.
     
    Sosial Media kanallarında bir-birilərilə rəqabət aparan şirkətlər yeniliklərdən və trendlərdən geri qalmırlar. Bu baxımdan Instagram-ın yeni funksiyasından istifadə edərək izləyiciləri üçün yarışma təşkil edən şirkət profillərindən birincisi "Kapital Bank" oldu. "Endorphin" Agentliyi ilə ərsəyə gətirilən bu yraışmada istifadəçilərdən mobil bankçılıq xidmətinin üstünlüklərinin doğru ardıcıllıqla sıralanması istənilir. Ardıcıllığı düzgün tapan ilk 3 izləyici isə "Kapital Bank"dan hədiyyə paketi qazanıb. Müsabiqə ilə ətraflı buradan tanış ola bilərsiniz.


    Linki kopyala