main-post-cover

    "Nokia"nın əzəli düşməni, "Vertu" şirkətini 61 milyon dollara aldı

    Elm & Texnologiya
    07.05.2017
    Orkhan Karimov

    Bahalı lüks mobil telefonların istehsalı ilə məşğul olan "Vertu” şirkəti, Hakan Uzan adlı türk biznesmeni tərəfindən alınıb.

    Məlumata əsasən son 5 il ərzində şirkət artıq 3-cü dəfədir ki, öz sahibini dəyişir. Yeni sahibin isə sözügedən şirkəti əldə olunmasına 61 milyon dollar xərclədiyi bildirilir. Maraqlı fakt isə ondan ibarətdir ki, Hakan Uzan, Vertu brendini yaratmış "Nokia” ilə qarşıdurmadadır. Vertu, 1998-ci ildə "Nokia”nın bir filialı kimi yaradılmışdı. Sözügedən brendin ilk mobil telefonu isə 2002-ci ildə təqdim olunmuşdu. 2007-ci ildə ilk iPhone modeli satışa çıxandan sonra "Nokia”, problemlər ilə üzləşdi. Buna görə də həmin vaxt "EQT VI.şirkəti, Vertu brendini 200 milyon avroya almışdı. 2014-cü ildə isə lüks mobil telefon istehsalçısı, Hon Konqun "Godin Holdingsfonduna satıldı. Lakin indi biz, şirkətin yenidən kiməsə satıldığını öyrənirik. Hal-hazırda mərkəzi ofisi Britaniyada olan "Vertu”, Hakan Uzan-ın Kiprdə qeydiyyatdan keçirtdiyi "Baferton Ltd.” şirkətinin tərkibinə keçib. Hakan Uzan isə öz növbəsində yeni əldə olunmuş şirkətə investisiya etməkdə davam edərək onun potensialını açacağını bildirib.
    Qeyd etmək lazımdır ki, Vertu modeli mobil telefonlar tamamilə əl ilə yığılır və sonuncu model olan Constellation, 5000 avro dəyərindədir. Şirkətin ən bahalı cihazı isə 217.000 avroluq Boucheron Cobra modelidir. Lakin burdan bir sual yaranır ki, Hakan Uzan-ın "Nokia” ilə qarşıdurmasının burda nə əlaqəsi var? Hakan Uzan bir vaxtlar Türkiyə bankı, media şirkəti və Telsim mobil operatoruna sahib ziyalı ailənin nümayəndəsidir. Vaxtı ikən Telsim mobil operatorunun inkişafı üçün "Uzan Group” şirkəti 90-cı illərdə "Nokia” və "Motorola”dan müəyyən miqdarda vəsait alırdı. Biznesin aşağı düşməsindən sonra Uzan ailəsini, 3 milyard dollarlıq kreditdən istifadə etmə ilə günahlandırdılar.2002-ci ildə "Nokia” tərəfindən verilmiş ittiham nətiəsində isə məhkəmə, Hakan Uzan-ı 15 aylıq müddətə azadlıqdan məhrum etmişdi. 1 il sonra ailənin sahib olduğu şirkətin səhmləri Türkiyə höküməti tərəfindən alınmışdı. Nəticədə Uzan ailəsi, ölkədən qaçmalı oldu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər