Nokia, səssiz-səmirsiz Alcatel şirkətini də satın alıbmış
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Nokia, illik maliyyə aktivlərini açıqladığında siyahıda
Alcatel telefon istehsalçısı şirkətinin də olduğu görüldü. Lakin Finlandiyalı
istehsalçı, mövzuyla əlaqədar daha əvvəl açıqlama etməyə təşəbbüs göstərməyib.
Nokia, şəbəkə təchizatı sektorunda Huawei ilə daha yaxşı rəqabət
edə bilmək üçün 2016-cı ildə Fransız telekommunikasiya avadanlıq şirkəti və
xidmət provayderi Alcatel-Lucenti 16.6 milyard dollar qarşılığında satın aldı.
Məqsədin şəbəkə cihazları arasındakı rəqabəti alovlandırmaq olduğunu
düşünürdük, məgərsə məqsəd daha böyük həcmliymiş. Sazişin bütün detalları
ortaya çıxdı.
Alcatel, orta və alt səviyyə telefonlar arasında çox məşhur
bir markadır. Nokia maliyyə aktivlərini açıqladığında Alcatel ağıllı telefon
vahidinin də siyahıda olduğu ortaya çıxdı. Hər nə səbəbdənsə Finlandiyalı
istehsalçı, telefon şirkəti haqqında uzun müddətdir hər hansı bir açıqlama etməmişdi.
Ancaq ortada maraqlı bir vəziyyət var . Alcatel-Lucent-in
lisenziya haqları, 2024-ci ilə qədər BlackBerry-nin də lisenziya hüquqlarına
sahib olan Çinli şirkət TCL-yə aiddir. Nokia, hal hazırda Lucatel-in yüzdə 91.8 nisbətindəki hissəsini əlində
tutur. Lakin telefon lisenziya hüquqlarının 7 il boyunca TCL-də qalacağı, Nokia
tərəfindən də təsdiqləndi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)