main-post-cover

    Nokia 6 təkrar satışa çıxır!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bazara çox sürətlə geri qayıdan Nokia-nın 60 saniyədə tükədilən yeni telefonu Nokia 6 təkrar satışa çıxır!

    Bir vaxtların əfsanə telefon istehsalçısı Nokia, qısa müddət əvvəl rəsmi olaraq telefon bazarına geri qayıdışını reallaşdırdı. Bu qayıdış elə sürətli baş verdi ki, uzun bir aradan sonra bazara çıxardığı yeni ağıllı telefonu Nokia 6, sadəcə 60 saniyə içində tükədilərək yeni bir rekorda imza atdı.
    Beləliklə təkrar Nokia təcrübəsini yaşamaq istəyən və maraqla gözləyən bir çox istifadəçi təəssüf ki, cihazı almağı bacara bilmədi. Ancaq indi bu istifadəçilərin bir şansı daha var. 26 Yanvar günü Nokia 6, təkrar satışa çıxardılır.
    Bir çox firmanın əksinə göstərilən bu sıx marağı gəlirə çevirməkdənsə qiyməti eyni tutmağı seçən Nokia, cihazı ilk səfərində olduğu kimi yenə 246 dollardan satışa çıxardacaq.

    İlk satışda 1 milyon istək olmasına baxmayaraq sadəcə 10 min ədəd cihazın satışa çıxarıldığını xatırlayası olsaq, bu yeni partiyanın çox daha böyük bir kütlə tərəfindən (1.37 milyon şəxsdən çox) satın alınmağa çalışılacağını rahatlıqla deyə bilərik. Qısaca bu dəfə stokların 1 dəqiqədən belə daha qısa müddətdə tükənməsi ehtimalı var.

    Unudanlar üçün Nokia 6-nın texniki detallarını sıralayası olsaq: cihaz 5,5 inç böyüklüyündə Full HD bir ekrana, Snapdragon 430 prosessora, 4 GB RAM – 64 GB daxili yaddaşa, 8/16 MP-lik kamera sensorlarına, 3000 mAh batareyaya və son olaraq Android 7.0 Nougat əməliyyat sisteminə sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər