main-post-cover

    "Nintendo" şirkəti öz yeni konsolu Nintendo Switch-i təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Nintendo şirkəti sonunda öz yeni konsolunu təqdim etdi.

    Hamının gözlədiyi konsolun adı Nintendo NX deyil, Nintendo Switch oldu. Sözügedən yeni konsol adi stolüstü konsol ilə portativ konsolun birləşməsidir. Evdə olarkən Nintendo Switch onun üçün nərəzədə tutulmuş xüsusi qurğuda yerləşir. Həmin qurşu sayəsində isə konsol televizora qoşulur. Beləliklə bu zaman siz oyunları adi konsoldakı kimi oynaya bilərsiniz. Nintendo Switch-i həmin qurğudan çıxaran zaman isə konsol portativ rejimə keçir və siz adi rejimdə oynadığınız bütün oyunları özünüzlə götürüb istədiyiniz yerdə oynaya bilərsiniz. Nintendo Switch hər tərəfdən, çıxarıla bilən Joy-Con adlı gamepadlar ilə təchiz olunub.
    Nntendo Switch konsolu
    Bir oyunçu hər iki Joy-Con gamepadını, iki oyunçunun hər biri bir gamepadı və ya bir çox oyunçu bir neçə Joy-Con gamepadlarından istifadə edə bilər. Yəni burda seçim çoxdur. Oyunçu istədiyində Joy-Con-un əvəzinə Nintendo Switch Pro standart gamepadını istifadə edə bilər. Bundan əlavə olaraq Nintendo Switch konsoluna sahib bir neçə şəxs görüşüb bir yerdə onlayn rejimli oyunları oynaya bilərlər. İnformasiya daşıyıcısı kimi konsol kartriclərdən istifadə edir. Onun əsas hissəsi isə Nvidia Tegra prosessorudur. Konsol, oyunçular üçün əla qrafika, çoxlu sayda oyun və mükəmməl performans təqdim edəcək. Hal-hazırda konsol üçün bir çox məşhur şirkətlər və studiyalar oyun hazırlamaqla məşğuldurlar. Nintendo Switch 2017-ci ilin Mart ayında satışa çıxacaq.
    Nintendo Switch konsolu
    Nintendo Switch konsolu
    Nintendo Switch konsolu

     
    Linki kopyala