main-post-cover

    Nəyə görə Jobs Gates-dən daha çox sevilir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Adətən Steve-in adı gələndə onu bir texnologiya dahisi kimi tanıyırıqsa, Bill-in adını eşitdikdə onu sadəcə dünyanın ən varlı insanlarından biri kimi təsəvvür edirik. Gates-in hələ Microsoftun CEO-su olduğu dönəmlərdə onunla yan yana işləmiş bir şəxsin dilindən əslində nəyə görə Gates-i daha çox sevməli olduğumuzu eşidəcəyik. 
    Balaji Viswanathan-ın sözlərinə görə Jobs-u media ilahiləşdirdi. Bu vaxt ərzində isə Gates başqa şəxslərin məsələn ABŞ-ın orta və yuxarı nəslinin yaxud Hindistan uşaqlarının "tanrısı" idi. 
    Balaji hesab edirki, məhz Gates kompüteri hər kəsin əli çatacağı bir cihaz halına gətirdi. Əlbəttəki Jobs-da bizim işimizi asanlaşdırdı lakin onun gördüyü iş daha çox rahatlıq və modaya yönəlmişdi. Balaji bildirir ki, o özü Apple texnikası işlədir və Jobsun bu qədər "ilahiləşməsini" anlayır. Çünki o kompüter sahəsində inqilab etməyi bacardı. Lakin insanların hal hazırda texnikadan rahat istifadə etməsinin ilk səbəbkarı - Gates daha sonra isə Jobsdur. 
    Bunuda qeyd etmək lazımdır ki, insanlara həyatında əvvəlcə məğlubiyyətlə üzləşmiş lakin daha sonra hədsiz uğur qazanmış bir insanın taleyi daha maraqlıdır. Jobs-u işdən qovurlar, onun bir sıra uğursuzluqları olur lakin bütün bunlar hal hazırda Apple-ın dünyanın ən bahalı şirkətlərindən biri olmasına gətirib çıxardır. Microsoft isə daima öz stabilliyi ilə gündəmdə qalmış və bazarın daima 90%-ini əlində saxlayırdı. Bunun haqqında gözəl və maraqlı hekayə yaza bilmərsən. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər