main-post-cover

    NASA tərəfindən yaradılmış 10 qəribə skafandr

    07.05.2017
    Farid Pardashunas
    Bioskafandr. Hal-hazırda NASA-nın zamdirektoru vəzifəsində çalışan professor Dava Newman-ın ixtirası. İdea ondan ibarətdir ki, skafandr dəriyə o qədər sıx yapışır ki, vakuumda insan bədəninin şişməsinin qarşısını alır. Proyekt hələki prototip mərhələsindədir.
     
     
    1962-ci ildə astronavt Donald Slayton tərəfindən test edilmiş ay skafandrı. Qeyd edək ki, skafandr Grumman şirkəti tərəfindən hazırlanmışdır. Bu model skafandra enerji və hava verən xüsusi sistem vasitəsilə eniş aparatına qoşulurdu.
     
     
    1963-cü ildə Litton İndustries şirkəti tərəfindən hazırlanmış Litton RX 2 skafandrı. Bu skafandr vakuum testini ABŞ-ın Hərbi Hava Qüvvələrində keçmişdir.
     
     
    ABŞ-ın kosmik stansiyasındakı orbital laboratoriya üçün nəzərdə tutularaq yaradılmış skafandr. Skafandr haqqında ilk məlumat ictimaiyyətə 1963-cü ildə verilmişdir. 6 ildən sonra isə proyekt bağlandı.
     
     
    AX seriyasının skafandrları NASA tərəfindən 1966-cı ildən 1990-cı ilə kimi istifadə olunmuşdur. Onların hamısı çox möhkəm olaraq astronavtların rahat hərəkət etməsinə imkan verirdi. Şəkildə gördüyünüz 1966-cı ildə yaradılmış ilk modeldir. 
     
     
    1988-ci ildə yaradılmış AX-5 skafandrı. Skafandrın şişirdilmiş olmasına baxmayaraq o astronavtın rahat hərəkət etməsini təmin edirdi.
     
     
    Evakuasiya üçün nəzərdə tutulmuş ilk skafandr modellərindən biri. Bu skafandr kosmik aparatda yarana biləcək kritik hadisə zamanı oradan sürətlə ayrılmaq üçün nəzərdə tutulurdu. Dizayn isə reaktiv təyyarə pilotlarının geyimlərindən götürülmüşdür.
     
     
    Z-1 skafandrı. Bu skafandrın modellərindən biri 2017-ci il üçün nəzərdə tutulmuş BKS (Beynəlxalq Kosmik Stansiya) missiyasında istifadə ediləcək. Skafandrın əsas xüsusiyyətlərindən biri onu digər skafandrlara nisbətən daha sürətlə geyinməkdir. 
     
     
    Z-2 Z seriyasından olan daha bir modeldir. Bu model daha möhkəm materiallardan hazırlanıb. Vakuum testləri isə 2020-ci ildə keçiriləcək.
     
     
    1961-ci ildə Republic Aviation şirkəti tərəfindən hazırlanmış və Ay-da müşahidələr üçün nəzərdə tutulmuş skafandr prototipi. Skafandrın çox qəribə xarici görünüşünə baxmayaraq onda çox vacib funksiyalar mövcud idi. Məsələn xüsusi dayağın köməyi ilə astronavt otura və hətda skafandrın içində qidalana bilərdi.
     

     
    Bu skafandrlardan bəziləri həqiqətən kosmosa göndərildi. Bəziləri isə Yer kürəsini heç tərk etmədi. Lakin onların hamısı müxtəlif testləri keçdilər. Xarici görünüşün qəribəliyinə baxmayaraq astronavtın həyatı daha qiymətlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər