NASA Qara Dəliyin yaxınlığından keçən ulduzun necə parçalandığına dair video paylaşdı!

NASA Qara Dəliyin yaxınlığından keçən ulduzun necə parçalandığına dair video paylaşdı!

08.05.2017 PAYLAŞIM

NASA Dünya’ya 290 milyon işıq ili uzaqlıqdakı qalaktikada olan qara dəliyin bir ulduzu parçalama anına aid video paylaşdı.
NASA, Dünya’dan 290 milyon işıq ili uzaqlıqdakı PGC 043234 qalaktikasının mərkəzindəki qara dəliyin kütləsi Günəş’dən milyon qat böyük olan bir ulduzu necə parçaladığını müşahidə etdi. Yayımlanan videoda qara dəliyin ulduzu inanılmaz çəkim gücü ilə parçaladığı və parçalanan ulduzun kosmosa X-ray şüaları yaydığı görünür.

Chandra X-Ray Rəsədxanası, Swift Gamma-ray Burst Explorer və XMM-Newton teleskopları yaşanan bu hadisənin kosmos boşluğuna yayılan bu şüaları təsbit edə bildilər. 

NASA’nın apardığı bu araşdırma nəticəsində kəşf edilən bu hadisə ilə bağlı danışan Michigan Universitetindən Jon Miller qara dəliyə yaxınlaşan bir ulduza nələr ola biləcəyinə dair ən dəqiq müşahidələrdən birini apardıqlarını söylədi.Ulduzun yox olmasından sonra qara dəliyin içinə çəkilən ulduz qalıqları milyon qat istiyə məruz qaldığı üçün böyük miqdarda X-ray şüaları yaradır. 

NASA’nın əldə etdiyi yeni məlumatlarda qara dəliyin kütləsi böyük olan ulduzu udmaq üçün çox sürətli davrana bilmədiyi və ulduzun parçalarının qara dəlikdən çölə çıxdığı müəyyən olundu. Ulduz parçalarının qara dəliyin təxmin olunan sabit ətrafında ya da yaxınında olduğu düşünülür.


Bundan başqa qara dəlikdən uzaqlaşan bir küləyin yarandığı, amma qara dəliyin yüksək çəkim gücünə görə oradan daha çox uzaqlaşa bilmədiyi ortaya çıxdı.
 
Aşağıda NASA’nın qara dəliyi çəkim gücü ilə necə udduğunu göstərən videonu izləyə bilərsiniz.


 




DAHA ÇOX


3 yeni planet kəşf olundu

Qətər elm adamlarının araşdırmalarının nəticəsində 3 yeni planet kəşf olundu. Qətər rəsmi x..


Dünya 'nın yaranması ilə bağlı yeni nəzəriyyə ortaya atılıb!

Dünya’nın yaranması ilə bağlı UCLA Universiteti’ndən olan araşdırmaçılar yeni bir dəlil ortaya..


CİA illərdir gizlətdiyi UNO sənədlərini ortaya çıxardı!

İllərdir yadplanetlilər varmı, yoxmu mövzusunda minlərlə yazı yazıldı, araşdırma edildi. Minlərc..


Elm adamları Asteroidin planetimizlə toqquşmamasının yollarını axtarır!

Bundan milyonlarla il əvvəl 10 km böyüklüyündə bir asteroidin planetimizlə toqquşması zamanı dinoza..


Tarixin 7 ən sirli fotosu!

Texnologiya inkişaf etdikcə onun imkanları daha da genişlənir. Texnologiyanın yaranma tarixi yoxdur...


İnsan beyni ilə işləyən çip hazırlanır!

Çinlilər texnologiya ilə bərabər artıq elm sahəsində də uğurlu addımlar atırlar. Hangcou elm və t..

×