main-post-cover

    NASA-dan yeni ideya

    07.05.2017
    Farid Pardashunas
    Amerikalı konstruktorların fikrincə vertolyotun köməyi ilə yeni robot Mars qumluqlarında problem yaşamayacaq. NASA mütəxəssisləri Mars-a göndərəcəkləri yeni robotu kiçik vertolyot ilə təchiz etmək fikrindədirlər. Bu vertolyot kosmik kəşfiyyatçı rolunu oynayaraq robota Mars səthinin ən təhlükəsiz və optimal yollarını göstərəcək. Bu plan haqqında Kaliforniya ştatının Pasadena şəhərində yerləşən reaktiv hərəkətlər laboratoriyasının direktoru Charles Elachi danışıb.
    "Bu ideya hələ təsdiqlənməyib. lakin biz artıq pilotsuz uçan aparat üzərində çalışırıq. Həmin aparat robotun üzərində uçaraq qarşıda olan yolu müşahidə edəcək. Daha sonra o yolun nə dərəcədə uyğun olması haqqında məlumatı robota göndərəcək. Bu üsul vasitəsi ilə robot daha effektiv və təhlükəsiz hərəkət edəcək"- deyə Charles Elachi bildirib. 2009-cu ildə NASA tərəfindən Mars-a göndərilmiş Spirit robotu planetin mürəkkəb səthi ilə problem yaşayaraq qeyri-fəal robotlar siyahısına daxil edilmişdir. NASA konstruktorları ümid edirlər ki, pilotsuz uçuş aparatının olması gələcək missiya zamanı problemlərin yaranmasının qarşısını alacaq. Reaktiv hərəkətlər laboratoriyasının mütəxəssislərinin fikrincə həmin vertolyot günəş batareyalarının köməyi ilə enerji yığaraq gün ərzində 2-3 dəqiqə havada uça biləcək. Elachi-nin sözlərinə görə çəkisi 1 kq olacaq aparat gələn ilin mart ayına kimi artıq hazırlanacaq. "Biz aparatın sınaqlarını Mars şərtlərinə bənzər şərtlərin yaradılacağı xüsusi yerdə keçirdəcəyik. Artıq bir sıra sınaqlar keçirilib və biz əminik ki, aparat uçacaq" - deyə elmi mərkəzin direktoru bildirib. NASA 2020-ci ildə Mars-a göndərəcəyi yeni robotun tərkibində həmin vertolyotun ola biləcəyini də inkar etmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər