main-post-cover

    NASA astronavtları sirli musiqi səsləri eşidirdilər

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Məşhur "Apollo 10" kosmik missiyasının iştirakçıları Ay-ın ətrafında uçan zaman sirli musiqi səsləri eşidirdilər. Onlar bu müəmmalı hadisəni 50 ilə yaxın gizli saxlamağı bacardılar. Uzun illər sonra NASA rəhbərliyi 1969-cu ildə baş tutmuş Ay missiyasının iştirakçıları Thomas Stafford, John Young və Eugene Cernan arasında baş vermiş danışıqların səsyazmalarını cəmiyyətə təqdim edib. Ayın qaranlıq hissəsinin yaxınlıqından uçan zaman astronavtlar 1 saat ərzində melodik fitə bənzəyən qəribə musiqi səsi eşidiblər. Onlar bu hadisəni NASA rəhbərliyinə danışmaq haqqında öz aralarında müzakirələr aparıblar. Belə ki, NASA rəhbərliyi onları psixoloji cəhətdən sağlam olmayan insanlar kimi saya bilərdi. Nəticədə isə həmin astronavtlar bir daha kosmosa yollanmaq şansını itirə bilərdilər. Bütün bunlara baxmayaraq astronavtlar qəribə musiqi səsini yazıb rəhbərliyə təqdim etmişdi. Mütəxəssislərin sözlərinə görə həmin səsyazmada qəribə heç bir şey yox idi. Böyük ehtimal ilə astronavtlar kosmik gəminin ay və komanda modullarından yayılmış radiodalğalardakı problemləri müşahidə ediblər. Lakin maraqlısı ondadır ki, bir neçə ildən sonra "Apollo 11" missiyasının pilotu olmuş Michael Collins eyni musiqi səslərini eşitmişdi. NASA mütəxəssisləri bu hadisəni də radiosiqnalların təhrifi kimi qələmə vermişdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər