main-post-cover

    Hindistan Mediasını barmağına dolayan "NASA təcrübəçisi"nin saxtakarlığı ortaya çıxıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir neçə gün əvvəl xarici informasiya agentlikləri Hindistanın Kolkata ərazisində yaşayan bir qızın NASA-da təcrübə keçmək üçün Goddard Kosmik Araşdırmalar İnstitutunun (GISS) təklif etdiyi Goddard adlı təqaüd proqramından müsbət cavab alması haqda xəbər paylaşdı. Xəbər qısa zamanda bir çox kütləvi informasiya xəbər agentliklərinin diqqətini cəlb etdi.

    "18 yaşlı Sataparna Mukherjee adlı gənc yeniyetmə Bazar ertəsi təşkil olunan buraxlış imtahanında iştirak edərkən əvvəlki ilə müqayisədə daha həyəcanlı görünürdü” deyə bir müxbir bildirib. Bu təqaüd proqramı üçün seçilmiş 5 şəxsdən biri olduqdan sonra o, təzyiq hiss etməyə başlayıb.
    ISC imtahanlarında göstərdiyi performansa görə Avqustda Oksford Universitetinə gedərək öz bakalavr, magistr və NASA fakultəsi üçün doktoranturasını tamamlayacaqdı. Bütün xərcləri isə Goddard Kosmik Araşdırmalar İnstitutu tərəfindən qarşılanacaqdı deyə bildirilirdi.
    Yeniyetmənin sözlərinə görə o, özünün qara dəlik zamanda səyahətlə bağlı nəzəriyyəsini sosial şəbəkədə paylaşıb və bəzi alimlər ondan bunun üçün müraciət etməsini istəyiblər. Onun sözlərinə görə o, İngilis ədəbiyyatı və Astrologiya təhsilini Oksfordda davam etdirəcək.
    İşin maraqlı tərəfi isə bizdə olduğu kimi xarici kütləvi informasiya agentlikləri də bu xəbəri ciddi qəbul edərək heç bir əsası olmadan paylaşıblar.
    Ayoti Patranın Facebook-dakı paylaşımına görə GIP təqaüdü yalnız ABŞ vətəndaşları üçün nəzərdə tutulub. Patra bundan əlavə Banqali xəbər kanalına müsahibə verərkən bildirib ki, Mukherjee-nin iddia etdikləri reallıqdan kənardır və NASA başda olmaqla bu iddia bir çox elmi institutlar üçün ağlasığmaz olacaq qədər mənasızdır.
    Əvvəlki xəbərimizdə də bildirdiyimiz kimi NASA veb saytında Godard Kosmik Uçuş Mərkəzi üçün bəzi təqaüdlər ancaq ABŞ vətəndaşları üçün mümkündür.
    Sataparna Mukherjee və onun atası Pradip Mukherjee təqaüd təklifi aldıqları haqda iddianı təstiqləməklə qalmayıb, hətta bunun doğru olduğu haqda israrlarına davam ediblər.
    Pradip Mukherjee özü hökümət tərəfindən maliyyələşdirilən məktəbin direktorudur. Onun sözlərinə görə NASA onun qızının nəzəriyyəsi ilə 11 ay əvvəldən maraqlanmağa başlayıb. Hətta qızının kurslara tez bir zamanda qatılmağını istəyiblər, amma ailə qızın qalması üçün lazım olan pulu təmin edə bilmədiyi üçün məsələ bir qədər uzanıb. Hətta qızı təklifi rədd etməli olub. Bundan əlavə yeniyetmə özü 11-ci sinifdə təhsil alırmış, yəni buraxılış imtahanları verməli imiş. Lakin bir qədər sonra NASA yenidən Sataparna ilə əlaqə saxlayıb və ona imtahanlardan sonra qoşula biləcəyi bildirilib.
    Qızın sözlərinə görə o, öz nəzəriyyəsini Facebook-da 'Astrophysics' adlı qrupda yerləşdirib. Daha sonra adı çəkilən qrupda yer alan "alimlərdən” biri onunla əlaqə saxlayaraq təqaüd üçün veb sayta müraciət etməsini söyləyib. Sataparnadan onun hansı sayta təqaüd üçün müraciət etdiyini soruşduqda isə "The London centre of NASA” deyə bildirib. Həqiqətdə isə belə adlı Facebook səhifəsi heç mövcud deyil.
    Digər maraqlı məqam isə qızın təhsil almağa gedəcəyi yer kimi göstərilən London Astrologiya Mərkəzidir ki, belə adda yer mövcud deyil.
    Sataparnaya niyə Kolkata Britaniya şurasına müraciət etmədiyi soruşulsa da o, bu yer haqda heç bir məlumatının olmadığını bildirib. Onlara bununla əlaqədar məktub və vebsayt göstərildikdə, onlar bunun mümkün olmadığını iddia ediblər. Çünki Sataparna müraciət etdiyi veb saytın Chennai Britaniya şurasına məxsus vebsaytda həqiqiliyini yoxladığını deyirdi.
    Onun atası Chennai-yə test üçün getdiklərini bildirib, hansı ki, Oksforda qəbul üçün tələb olunurdu. Onlara hər iki sahə üzrə təhsil almağın qeyri-mümkün olduğu bildirilsə də onlar bunun mümkün olduğunu bildiriblər.
    Bundan əlavə Sataparna bildirib ki, o, 'London Centre Website'a yazdıqdan sonra ona dərhal qoşulması haqda məlumat göndərilib. Və sonra onun qalmaq yeri təminatı haqda təklif gəldikdən sonra qız bildirib ki, bakalavr və magistrı orda bitirəcək. O, həmçinin Avropa Kosmos Agentliyinin də onu teoremi ilə maraqlandığını əlavə edib.
    Sataparnadan onu bu işə yönləndirən alimin adını və ya Oksfordda onu qəbul edən şəxsin adını bildirməsini istədikdə o, bildirib ki, "Mən Oksfordla Skype vasitəsilə əlaqə saxladım. Təqaüd üçün. Orda bəzi nümayəndələr yer alırdı.”
    Müxbirlər ondan ona icazə və ya çağırış haqda e-mailin kopyasını göndərməyini istədikdə qız bunun məxfilik tələb etdiyini, buna görə də ona icazə verilmədiyini bildirib.
    Sataparnanın atası qızının 17 avqustda Londona gedəcəyini bildirib. Hətta o, bildirib ki, əlaqədar şəxslər qızı üçün biletləri də göndəriblər. Amma hələ ki, viza ilə bağlı müəyyən vaxt tələb olunduğundan müddət bir qədər uzanır deyə o, bildirib.
    Sataparna, hələ ki, ISC imtahanlarında iştirak edir. O, qeyd edib ki, ədəbiyyat oxumaq onun ən böyük arzusu olub. Bundan əlavə NASA-dan təklifə də çox sevindiyini əlavə edib. NASA-nın bəxti gətirib nə deyə bilərik.
    Gəldik nəzəriyyənin əsas hissəsinə. Maraqlıdır ki, bu nəzəriyyə niyə bu qədər çox maraq görüb. Belə ki, zamanda səyahət bir cihazın köməyilə həyata keçirilir, hansı ki, işıq sürətindən belə güclüdür. Siz işıq sürətindən uzaqlaşdırmaqla zamanı geri alırsınız. Bu maşın məhz bunu edəcək deyə bildirib.
    Digər bir nəzəriyyədə isə o heç bir əsas gətirmədiyi qara dəlik üzərində işlədiyini bildirib. Onun sözlərinə görə NASA, OksfordEKA onun astronomiya və ingilis dilində kurslarını maliyyələşdirəcək.
    NASA Goddard İnstitutunun Kosmik Araşdırmalar mətbuat xidmətinin başçısı Michael Cabbage, bildirib ki, onlarda bu adda şəxs haqda heç bir məlumat yoxdur. Bundan əlavə onların Londonda heç bir mərkəzi mövcud deyil. Həmçinin o, bu təqaüdün yalnız Nyu-Yorkdan 50 mil məsafədə yaşayan tələbələr üçün nəzərdə tutulduğunu bildirir. Bundan əlavə seçimlər 1 mart 2016-cı ildə sona çatıb və biz hələ də heç bir seçim etməmişik deyə bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər