"Mozilla" şirkəti yalnız iOS-də çalışan yeni Firefox Focus brauzerini təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Mozilla” şirkəti yalnız iOS cihazlarda çalışan Firefox Focus brauzerini təqdim edib.
Şirkətin sözlərinə görə yeni
brauzer istifadəçilərə sadəlik və istifadədə rahatlıq gətirəcək. Onların şəxsi
məlumatları isə tam şəkildə qorunacaq. Firefox Focus-a daxil olan zaman brauzer
həmin dəqiqə lazımsız məzmunları və onlayn torrent saytlarını block edəcək. Bu
xüsusiyyət "Apple” cihazlarına daha sürətli iş prosesini və yüklənməni təmin edəcək.
İstifadəçilər isə kiçik nüanslara diqqət ayırmadan işləri ilə məşğul ola biləcəklər.
Həmçinin yeni brauzerin hər bir səhifəsində xüsusi təmizləmə düyməsi var. Həmin
düymə vasitəsilə istifadəçi tez bir zamanda ziyarət etdiyi saytların siyahısını
silə bilər. Firefox Focus-u həmçinin Safari brauzerində məzmunların block edilməsi
kimi də istifadə etmək olar. Bu halda Firefox Focus əlavə funksiya rolunu
oynayaraq yalnız fon rejimində çalışır. Yeni brauzeri artıq burdan yükləmək
olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)