Moda brendləri, Alibaba ilə bacarmadı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Manhattan məhkəməsi məşhur brendlərin "Alibaba" şirkətinə qarşı verdikləri müraciəti araşdıraraq Alibaba şirkətini haqlı çıxarıb. Belə ki, bir çox dünya markaları Alibaba şirkətini onların eynisi olan saxta məhsulları satmaqda günahlandırmış və bu iddia ilə də Alibaba e-ticarət şirkəti məhkəməlik olmuşdu. Məhkəmə, Alibaba-ya qarşı yönəlmiş iddiada heç bir iddianın sübuta yetirilmədiyini bildirib. İddia ərizəsində saxta marka məhsulların satışını həyata keçirdiyi şirkətlərin Alibaba ilə razılaşması olduğu bildirilir. Marka malların istehsalçıları Alibaba şirkətinə məxsus "AliExpress", "Taobao", "Tmall" şirkətlərinin hər üçünə də eyni iddia ərizəsilə məhkəməyə veriblər. Məsələn, Taobao şirkətinin üç sahibkarı eyni ittihamla günahlandırılıb. Bu dünya nəhəngi Alibaba-nın ilk ittiham olunduğu iş deyil. 20 Maydan sifariş üzrə şirkət saytı Taobao, satıcılara logoları ile birgə məhsulların orginallığını təstiqləyən sənədlərin ekran şəklini göndərməsini tələb edib. Qaydalara əməl etməyən satıcıların hesabının dondurulacağı və məhsulların saytdan uzaqlaşacağı bildirilmişdi.
İyulda isə şirkət IP Joint-Force System sistemini istifadəçilərə təqdim etdi. Burda markalar üçün xüsusi hesab mövcuddur. Bura daxil olaraq saxta malları qeyd etmək mümkündür və bu yolla da belə məhsulların çıxışı mümkünsüz olur. Sonra isə saytdan ləğv edilir.
PAYSPACE MAGAZİNE
Bir müddət öncə Alibaba
Cloud, Alibaba Group-un bulud texnologiyası yaradıcısı, özünün qlobal e-ticarət
məkanı və AliLaunch-i yaratdığını elan etmişdi. Alibaba Cloud vasitəsilə
beynəlxalq ortaqlar Çin bazarına giriş edə biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)