"Minifutbol.az" vasitəsilə futbol oynamaq üçün stadionları online seçmək mümkün olacaq.
Digər
07.05.2017
Farid Pardashunas
2 iyul tarixində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində "minifutbol.az" layihəsinin təqdimat mərasimi keçirilib.
Layihənin
marketinq meneceri Murad Talıblı layihə və sayt
haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra layihənin
rəhbəri Orxan Rzazadə saytın işləmə prinsipi, funksiyaları haqqında detallı məlumatı
iştirakçılara çatdırıb. Rəsmi hissədən sonra qonaqları maraqlandıran suallar
komanda üzvləri tərəfindən cavablandırılıb. 6 gəncdən ibarət komandanın birlikdə
ərsəyə gətirdiyi startup fevral ayından etibarən Azercell-in Barama İnnovasiya və
Sahibkarlıq Mərkəzi tərəfindən də dəstəklənir.
Layihənin rəhbəri Orxan Rzazadə layihənin önəmini
belə izah edir:
"Gənclər boş zamanlarını çox vaxt futbol oynayaraq keçirməyə
üstünlük verirlər. Bunun üçünsə onlar süni örtüklü meydançalara üz tuturlar.
Süni örtüklü meydançalarla bağlı isə internetdə məlumat çox az, hətta yox səviyyəsindədir. "Minifutbol.az" layihəsi ilk növbədə bu məlumat azlığının qarşısını alacaqdır.
Belə ki, sayta daxil olan istifadəçi Bakı, Abşeron, Sumqayıt ərazilərində yerləşən
stadionlar haqqında ətraflı məlumat ala biləcək, onların şəkilləri, şəraiti ilə
tanış ola biləcəkdir. Digər bir problem isə stadionlarda boş vaxt tapmaq
problemidir. Boş stadion tapmaq üçün bəzən futbol həvəskarları bir neçə menecerə
zəng vurmağa məcbur qalır və bu həm vaxt alır, həm də müəyyən məbləğdə xərc tələb
edir. "Minifutbol.az" saytına daxil olan istifadəçi isə, seçdiyi stadionun boş
saatlarına baxa biləcək, həm də boş
saatları onlayn rejimdə plastik kart vasitəsilə ödəniş edərək satın da ala biləcək.
Bununla istifadəçi həm vaxtına qənaət etmiş olacaq, həm də satın aldığı hər
oyun ona əlavə bonuslar qazandıracaq ki, gələcəkdə o həmin bonusları həm
oyunlara həm də müxtəlif hədiyyələrə dəyişmək şansı qazanacaqdır.”
Sayt həm də stadion sahiblərinin işini xeyli dərəcədə
asanlaşdırır. Belə ki, artıq gələn hər sifarişi dəftərə qeyd etməyə ehtiyac
qalmır, hər şey onlayn rejimdə həyata keçirilir. Üstəlik bunun üçün kompüterə də
ehtiyac yoxdur, istənilən smartfonla bunu etmək mümkündür. Digər tərəfdən
stadionlarda adətən eyni şəxslər oynayırlar, sayt vasitəsilə isə onlar yeni
müştərilər qazanmış olacaqlar.
Gənclərin sözlərinə görə, layihə bununla
bitmir və müxtəlif istiqamətlərdə genişləndirilməsi nəzərdə tutulmuşdur. Belə
ki, gələcəkdə oyunların internet üzərindən canlı nümayişi, çempionatların təşkili
və s. nəzərdə tutulmuşdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)