main-post-cover

    Microsoft Xbox One konsolunun iki yeni modelini təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    E3 2016 oyun sərgisi çərçivəsində Microsoft tərəfindən keçirilmiş press-konfrans zamanı şirkət Xbox One konsolunun iki yeni modelini təqdim edib. Onlardan biri Xbox Scorpio, digəri isə Xbox One S adlanır. Xbox Scorpio-nun təqdimatı üçün hazırlanmış videoda oyun sənayesinin tanınmış simaları konsolun sözün əsl mənasında əjdaha cihaz olduğunu təsdiqləyiblər. Bu arada Xbox Scorpio haqqında gəzən şaiyələr öz təsdiqini tapıb. 6 TFLOPS (yəni konsol 1 saniyədə 6 trilyon əməliyyat yerinə yetirəcək), yenilənmiş qrafik prosessor, VR dəstəyi və 4K gaming özəlliyi (yəni 4K video ilə yanaşı 4K formatlı oyunlar). 4K video özəlliyi isə artıq Xbox One S modelində dəstəklənəcək. Xbox Scorpio 2017-ci ilin payız fəslində satışa çıxacaq. Konsolun özünü isə gələn ilin yaz fəslində göstərəcəklər. Məlumata əsasən Xbox Scorpio oyun sənayesinin ən güclü konsolu olmalıdır. Gələcəkdə satışa çıxacaq oyunlar həm Xbox One üçün, həm Xbox One S üçün, həmdəki Xbox Scorpio üçün ayrıca hazırlanacaqlar. Xbox One S (Xbox One konsolunun slim modeli) modelinə gəldikdə isə o adi Xbox One-dan 40% daha kiçikdir. Bundan əlavə olaraq artıq qeyd etdiyimiz kimi o 4K video özəlliyini dəstəkləyəcək. Xbox One S bu il satışa çıxacaq. 500 GB-lıq yaddaş tutumlu konsol $299, 1TB-lıq yaddaş tutumlu konsol $349, 2 TB yaddaş tutumlu konsol isə $399 qiymətinə satılacaq. Microsoft həmçinin öz konfransında Xbox Play Anywhere proramına da diqqətini yönəldib. Bundan sonra bir çox oyunlar həm Xbox One həmdəki Windows 10 üçün istehsal olunacaq. Məsələn Gears of War 4-ü bir dəfə almaqla siz onu həm Xbox One-da həmdəki Windows 10 dəstəkli PC-də oynaya biləcəksiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər