main-post-cover

    Microsoft dünyada ilk trilyon dollarlıq şirkət ola bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Texnologiya inkişaf etdikcə texnoloji şirkətlərin də qiymətləri qalxmaqda davam edir. Equities.com-un analitiki Michael Markowskinın sözlərinə görə Microsoft dünyada ilk trilyon dollar dəyərində olan şirkət ola bilər.

    Xatırladaq ki, 2015-ci ildə Apple-ın qiyməti 710 milyard dollar qiymətləndirilmiş və 700 milyard dollardan artıq qiymətləndirilən ilk şirkət olmağı bacarmışdı. Sonralar şirkət 775 milyard dollar dəyərə qədər yüksəlsə də hal-hazırda dəyəri 617 milyard dollar təşkil edir. Apple-dan sonra isə bu siyahını 548 milyard dollar dəyərində olan Alphanet davam etdirir. Digər dünyaca məşhur texnologiya nəhəngi Microsoft 492 milyard dollar, Amazon 359 milyard dollar və Facebook 333 milyard dollar dəyərə malikdir.
    Hal-hazırda adı çəkilən Apple, Alphanet, Microsoft, Amazon və Facebook dünya üzrə ən böyük 5 texnologiya nəhəngi hesab olunur. Göründüyü kimi Microsoft bu siyahıda üçüncü yerdədir. Amma iddialar məhz bu şirkətin dünyada ilk trilyon dollarlıq şirkət olacağı istiqamətindədir.
    Markowskiyə görə Microsoft kimi bir şirkətin belə bir şansı daha yüksəkdir. Bu işdə Microsoft-un LinkedIn-i alması da böyük rol oynayır.
     
    Xatırladaq ki, Microsoft bunun üçün 26 milyard dollar pul ödəmişdi. Belə ki, açıqlamaya görə sosial media gəlirləri hal-hazırda daha yüksək qiymətləndirilməkdədir. Microsoft-un LinkedIn-i almasıyla hər bir LinkedIn abunəsi üçün sadəcə 60 dollar ödədiyi, Facebook-un isə platformasındakı sosial media istifadəçilərinin hər biri üçün ortalama 218 dollar ödədiyi də verilən məlumatlar arasında yer almaqdadır.
    Şirkət öz dəyərini 1 trilyon dollara çatdırmaq üçün hissə qiymətlərini 2 qatına çatdırmalı və o cümlədən LinkedIn-dəki mövcud 433 milyon istifadəçi sayını 2020-ci ilədək 700 milyona yüksəltməlidir.
    Analitikə görə bu işdə Microsoft-un tək rəqibi Alphanet hesab oluna bilər.
    Linki kopyala