main-post-cover

    Məşhur videokart istehsalçısı iflasa uğradı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hələ çərşənbə axşamı Niderlanddakı Şərqi Brabantın dairə məhkəməsi, "Point of View” şirkətinin iflası haqqında rəsmi qərar qəbul edib.

    Qeyd edək ki, şirkət 2000-ci ildə təsis edilmişdi və Nvidia prosessorları əsasında videokartların istehsal olunması ilə məşğul olurdu. İlk öncə şirkət, GeForce FX 5000 ilə başlamış, sonra daha çox videokart istehsal etmişdir. Belə ki, artıq GeForce 8 seriyasında şirkətin 19 model videokartı var idi. GTX 500GTX 600 heçdə pis satılmırdılar. Çox güman ki, şirkətin iflası kompüter satışlarının aşağı düşməsi ilə əlaqədardır. "Technote.az”ın "Techpowerup.com”a istinadən verdiyi xəbərə əsasən şirkət sadəcə olaraq gəlirləri çoxdan keçmiş xərclərin üstünü örtə bilmədi. Planşet, noutbook və ağıılıı ev cihazlarının satışı kimi digər sahələrə daxil olmaq da şirkəti iflasdan qoruya bilmədi. Şirkətin Hollandiya, Çin, HonKonq, Fransa, ABŞ və Tayvanda ofisləri var idi. Lakin onun satışlarının böyük bir hissəsi məhz Avropanın üzərinə düşürdü.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər