Məşhur anime serial əsasında çəkilmiş "Ghost in the Shell" filminin ilk traileri
Digər
07.05.2017
Farid Pardashunas
2029-cu il. Gündən günə yayılmış
kompüter şəbəkələri və kiber-texnologiyalar vasitəsilə insanlar özlərinə müxtəlif
növ neyroimplantlar yerləşdiriblər. Lakin kiber-texnologiyalar özləri ilə
birlikdə yeni təhlükə də gətirdilər. Belə ki, hər bir insanın beynini hack etmək
mümkün oldu. Bundan istifadə edilərək isə bir çox cinayətlər yetirilməyə
başlandı. İndi isə mayor Motoko Kusanagi öz bölməsi ilə birlikdə təhlükəli
hackeri yaxalamalıdır. Rejissoru Rupert Sanders-in olduğu filmdə baş rolları Scarlett
Johansson, Michael Wincott, Juliette
Binoche, Michael Pitt, Takeshi Kitano və digərləri canlandırıblar. Qeyd etmək
lazımdır ki, film məşhur anime serial əsasında çəkilib. "Ghost in the Shell”filminin premyerası gələn ilin Mart ayında baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)