main-post-cover

    Marsda maye şəklində su aşkarlanıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    28 sentyabr tarixində NASA aparılmış tədqiqatlar nəticəsində bildirdi ki, Marsda duzlu suların mövsümi axıntıları baş verir. NASA çoxdan planetin səthində yaranmış qara zolaqlar barəsində maraqlanır. Artıq tədqiqatçılar həmin zolaqların yaranma səbəbini aşkar ediblər. Həmin qara zolaqların yaranmasında səbəb ilin isti vaxtında yaranan, soyuq vaxtında isə yox olan mövsümi axınlardır. Axınların enliliyi 5m-i keçmir. Axınlar High Resolution İmaging Science Experiment (HiRİSE) adlı orbital aparatın kamerasının çəkdiyi şəkillər vasitəsilə aşkarlanıb. Aşkar olunan axınlardakı suyun mənbəyi hələki məlum deyil. SETI institutunun tədqiqatlar şöbəsinin direktoru Seth Shostak-ın fikrincə mövsümi axınlar nə vaxtsa planetin səthində var olmuş göllərin izləridir. 
    Tədqiqatçı Lujendra Ojha-nın keçirtdiyi spektral analiz onu göstərdi ki, Mars-ın yamaclarında hidratlaşmış duzlar var. Bu duzlar aşağı temperaturda belə su axınını təmin edir. Bundan əlavə olaraq NASA tədqiqatçılarının fərziyələrinə görə 4.3 milyard il bundan əvvəl Mars-da okean mövcud olub. Seth Shogan-ın fikrincə əgər Mars-da mikroorqanizm tapılsa bu həyat haqqında düşüncəni fərziyyədən reallığa çevirəcək. 2015-ci ilin iyul ayında HiRİSE orbital aparatının kamerasının vasitəsilə Mars-ın buzlaqları aydın görünən 536m uzunluqlu ərazisinin şəkili çəkilmişdir. Hələ onda alimlər Mariner dərəsinin kanyonlarında suyun ola biləcəyini ehtimal etmişdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər