main-post-cover

    Mars planetinə ExoMars adlı missiya tərtib olunur

    07.05.2017
    Farid Pardashunas
    Mars planetinin müşahidəsi üçün nəzərdə tutulmuş "ExoMars" missiyası ilk öncə Avropa kosmik agentliyi (EKA) tərəfindən tərtib olunurdu. 2009-cu ildə isə bu missiyanın reallaşdırılmasına NASA və Rusiya Federal kosmik agentliyi (Roscosmos) qatıldı. Bu missiyada Rusiyanın öhdəliyinə EKA-nı rezerv start qurğusu, "ExoMars" missiyasının rover-ni (planetin səthindəki müşahidəçi robot) isə "Proton" roketi ilə təmin etmək düşür. Qeyd edək ki, roverin bəzi hissələri Rusiya istehsalıdır. "ExoMars" missiyasının ilk start-ı 2016-cı ilin yanvar ayına təyin olunmuşdu. Mars-a orbital zond ilə birlikdə göndəriləcək enmə aparatının adı məşhur italyan astronomu Giovanni Virginio Schiaparelli-nin şərəfinə qoyulmuşdur. Bir müddət bundan əvvəl missiyanın start tarixi təxirə salınmışdır. "Schiaparelli" enmə aparatının iki sensorunda problem aşkarlandığı üçün missiyanın startı 2016-cı ilin mart ayına təyin olunub. Orbital zond ilə enmə aparatının startı "Proton-M" adlı Rusiya roket qurğusu vasitəsilə reallaşdırılacaq. 
     
    Hesablamalara görə enmə aparatı 2016-cı ilin oktyabr ayında Mars-a çataraq orbital zond-dan ayrılacaq. Daha sonra enmə aparatı 5.8 km/saniyə sürətlə atmosferə daxil olaraq planetin səthinə enməlidir. Enmə aparatının enerji batareyaları yalnız 4 günlük müşahidə üçün nəzərdə tutulub. Missiyanın bu hissəsinin əsas məqsədi enmə sisteminin yoxlanışıdır hansı ki, 2018-ci ilə nəzərdə tutulmuş yeni missiya üçün lazım olacaq. Eniş platforması və rover-in müşahidəsi isə daha uzunmüddətli olacaq. Planetin səthinə enən zaman aparat artıq küləyin sürəti, nəmişlik, atmosferin temperaturu və toz konsentrasiyası haqqında məlumatları yığmağa başlayacaq. Bundan əlavə olaraq ilk dəfə Mars-ın səthindəki elektrik sahəsinin hesablamaları aparılacaq. Rusiya artıq Venera planetinin müşahidəsi üçün nəzərdə tutulmuş layihələrdə iştirakını təsdiqləyib. Ay-ın müşahidəsi isə hələki müəyyən olunmamış vaxta təxirə salınıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər